Sağlamlıq

Xərçəngi sağaldan YENİ ÜSUL TAPILDI

24 İyun 2019 07:07
2 Şərh     Baxış: 4 219
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Kaliforniya Universitetində tədqiqatçılar bədən hüceyrələrini yenidən işə salmaq üsulunu tapıb.

Milli.Az xəbər verir ki, uzun müddət davam edən aclıq vücudu qoruyur və regenerasiyaya səbəb olur. Məlum olub ki, aclıq kök hüceyrələrini istirahət vəziyyətindən özünü bərpa vəziyyətinə çevirir. Klinik tədqiqatlar kimyəvi terapiya alan xəstələrin iştirakı ilə aparılıb. Bir müddət qida qəbul etməyən xəstələrdə qandakı leykositlərin sayının əhəmiyyətli dərəcədə azaldığı müşahidə olunub.

Bədən ac qaldığı zaman sistem enerjiyə qənaət etməyə çalışır. Və əhəmiyyətli dərəcədə lazımsız, xüsusilə zədələnə biləcək immun hüceyrələrini utilizasiya edir.

Ən önəmlisi bu, yaşlanma, şiş inkişafı və xərçəng ilə əlaqəli olan fermentləri azaldır. Bu günə qədər aparılan bütün tədqiqatlar göstərir ki, aclıq, yəni oruc sağalma səviyyəsini artırır, şişlərin böyüməsini ləngidir və şişlərin yayılmasını məhdudlaşdırır.

Yeni bir qida sisteminə keçmədən əvvəl, ilk olaraq bütün testlərdən keçməyi və həkimə müraciət etməyi məsləhət görürük. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.