Sağlamlıq

Köpü yaradan səbəblər: necə xilas olaq? - Həkim məsləhəti

26 İyun 2019 22:44
1 Şərh     Baxış: 4 697
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Passiv həyat tərzi, hərəkət qabiliyyətinin az olması günün aktual problemlərindən olan köpü yaradan başlıca səbəblərdəndir.

Milli.Az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında ümumu cərrah, koloproktoloq Türkan Gündüz bildirib. Həkimin sözlərinə görə, qəbizlikdən əziyyət çəkən insanlarda bu problem daha çox yaşanır:

Bağırsaqlarda qazların əmələ gəlməsi normal fizioloji prosesdir və normalda bu, insana ciddi narahatçılıq vermir. Bunun səbəbi qida və ya maye qəbulu zamanı udduğumuz hava və bağırsaqlarda yaşayan mikroorqanizmlərin fəaliyyəti nəticəsində əmələ gələn qazlardır. Adətən bu halda qaz çox olmur, insana heç bir narahatçılıq vermir, ağızdan (gəyirmə zamanı) və düz bağırsaqdan xaric olunur və ya qana sorulur.

Lakin qazın həddən artıq əmələ gəlməsi patoloji prosesdir. Bu zaman müxtəlif pozulmalar - qarın nahiyyəsində güclü ağrılar, qarında qurultu, tez-tez baş verən gəyirmə, süstlük, hal-əhvalın pozulması və s. baş verir.

Köp daha çox qəbizliyin, ishalın, bağırsaqda baş verən xəstəliklərin və yaxud mədəaltı vəzinin, öd kisəsinin düzgün işləməməsi zamanı yaranır. Yəni bunlar həzm sisteminin yaxşı işləməməsinə, bu isə köpə səbəb olur.

Buna görə də, köpdən azad olmaq üçün ilk olaraq onu yaradan səbəbləri aşkarlamaq, sonra doğru müalicə metodu seçmək lazımdır.

Başlıca olaraq isə, köpdən azad olmaq üçün fiziki aktivliyi artırmaq, lifli qidalardan daha çox istifadə etmək, yağlı və qızardılmış yeməklərdən, alkoqoldan, şəkərli və unlu məshullardan tamamilə imtina etmək, çoxlu maye qəbul etmək lazımdır.

Köpün qarşısını almaq üçün eyni zamanda konservativ dərman müalicəsi də var ki, bu isə həkim-mütəxəssis tərəfindən təyin edilir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.