Sağlamlıq

Yuxuda da arıqlamaq olar - Britaniyalı alimlər

26 İyun 2019 22:49
1 Şərh     Baxış: 1 228

Britaniyalı alimlər bildirirlər ki, gün ərzində kifayət qədər yatsaq, artıq çəkilərdən azad ola bilərik.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, alimlərin təcrübələrinə əsasən, sutkada 7-8 saat yaxşı yuxu arıqlamağa kömək edir. Təcrübə zamanı iki qrup könüllü eyni pəhrizdən istifadə edib. Amma onların iş və istirahət rejimi fərqli olub. Birinci qrup istədiyi qədər yatıb, ikinci qrup isə ciddi rejimə tabe olub. Nəticədə məlum olub ki, daha az yatanlarda arıqlama daha ləng gedib.

Alimlər bildirirlər ki, bədən daha çox gümrah olanda orqanizmdə şəkər miqdarı aşağı düşür. Bu isə əlavə kalorinin yanması ilə nəticələnir. Normal yuxu sağlamlıq üçün çox vacibdir. Mütəxəssislər qeyd edirlər ki, yuxu çatışmazlığı orqanizmə siqaret kimi təsir edir. Yuxu problemi olan insanlar fikrini toplamaqda o qədər çətinlik çəkir ki, bunu sərxoş insanlarla müqayisə etmək olar.

Qeyd edilir ki, kişilər sutka ərzində 7 saat 42 dəqiqə, qadınlar isə 7 saat 38 dəqiqə yatmalıdırlar. Yuxusuzluqdan əziyyət çəkənlər və naməlum səbəblərdən gecə oyananlar isə idmanla məşğul olsunlar. Bundan başqa, yuxudan əvvəl spirtli içki və kofein qəbul etmək olmaz. Yaxşı şam yeməyi də yuxuya pis təsir edir.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    azer25iyun2325 · 26 İyun 23:2600

    superdi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.