Sağlamlıq

Dərini qidalandıran şokolad maskası

16 İyun 2019 20:30
0 Şərh     Baxış: 1 197
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şokolad hamının sevdiyi təamdır. Hər evdə olan ərzaqlarla hazırlayacağınız şokolad maskası isə dərinizi gəncləşdirəcək və qidalandıracaq.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu maska dəridə qan dolaşımını sürətləndirir və hüceyrələrin daha fəal qidalanmasını təmin edir. Eyni zamanda dəridəki gözənəkləri təmizləyir və qara nöqtələrin yaranmasının qarşısını alır. Allergiyası olan şəxslərə məsləhət görülmür.

Lazım olanlar:

2 x.q kakao
1 x.q qatıq
yarım ədəd banan
1 ç.q bal

Hazırlanması:
Bananı püre halına gətirin. Qalan digər ərzaqları qarışdıraraq üzünüzə çəkin. 20 dəqiqədən sonra yuyun. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.