Sağlamlıq

Rusiyalı həkimdən dondurma ilə bağlı VACİB XƏBƏRDARLIQ

16 İyun 2019 11:24
0 Şərh     Baxış: 3 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dondurmanı tez-tez yemək yuxarı tənəffüs yollarının kəskin şəkildə soyumasına səbəb olur. Bu isə soyuqdəymə və kəskin respirator virus infeksiyalarına səbəb ola bilər.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu rusiyalı həkim Andrey Tyajelnikov bildirib.

Onun sözlərinə görə, tənəffüs yollarında temperaturun kəskin dəyişməsi əlavə stressə də səbəb olur.

Andrey Tyajelnikovun fikrincə, soyuq içkiləri də birnəfəsə içmək ziyanlıdır: "Yayda suyu ilıq işmək vacib deyil. Sadəcə qurtum-qurtum içmək lazımdır ki, su ağız boşluğunda bir qədər isinsin".

Mütəxəsissin sözlərinə görə, isti havada adi su, çay, kompot içmək daha münasibdir. O, südlü kokteyl və şirin qazlı sulardan istifadənin məqsədəuyğun olmadığını da bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.