Sağlamlıq

Qulaqlıqla 3 saatdan çox mahnı DİNLƏMƏK OLMAZ

16 İyun 2019 19:20
0 Şərh     Baxış: 956
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qulaqlıqla yüksək səsli musiqi dinləmək deyil, kirli qulaqlıq da qulaq infeksiyalarına səbəb ola bilər.

Milli.Az xəbər verir ki, həkimlər gün ərzində 3 saatdan çox qulaqlıq istifadə etməyi məsləhət görmür. Həmçinin qeyd olunub ki, səs orta səviyyədə olmalı və hər 40-50 dəqiqədən sonra fasilə vermək lazımdır. Daha doğrusu, uzun müddət yüksək səsli musiqi dinləmək eşitmə qabiliyyətinə mənfi təsir və baş ağrısına gətirib çıxara bilər. Bu barədə L.Sverjezevski adına Otorinolaringologiya Elmi-Tədqiqat Klinik İnstitutunun cərrahı Yevgeniya Qarov danışıb.

O qeyd edib ki, bas adlandırılan aşağı tezlikli səslər zərərli hesab olunur. Onlar qulaq zərinin ən böyük titrəyişimlərini yaradırlar. Bundan başqa, qulaqlıqların uzunmüddətli istifadəsi ona gətirir ki, eşitmə kanalının kükürddən özünü təmizləməsi prosesi çətinləşir. Nəticədə, kükürd tıxacları yaranır.

Bundan başqa qulaqlara uyğun olmayan qulaqlıq ona zərər verə, qulaqlıqda yığılmış kir isə qulaq infeksiyalarına səbəb ola bilər. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.