Sağlamlıq

Mükəmməl və əzələli qarına sahib olmaq istəyisinizsə, sadəcə bunu edin - FOTO

26 İyun 2019 21:41
0 Şərh     Baxış: 4 263
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yay aylarında ən diqqətçəkən və həll olunması ən çətin məsələlərdən biri, şübhəsiz ki, qarın bölgəsində yaranan artıq çəkidir.

Milli.Az xəbər verir ki, bu problemin öhdəsindən gəlmək üçün idman etmək mütləqdir.

Qarın bölgəsində yaranan artıq piylərdən tez bir zamanda qurtulmaq üçün sadəcə 6 hərəkəti yerinə yetirmək və qidalanmaya fikir vermək kifayətdir. Lakin bunun nizamlı şəkildə həyata keçirilməsi şərtdir.

1- Dizlərinizi 90 dərəcə açın, əllərinizi ənsənizdə birləşdirin. Dirsəklərin açıq olmasına diqqət edin. Qarnınızı içəri doğru çəkin. Bu şəkildə çiyinlərinizi yerdən qaldıraraq dizlərinizi başınıza doğru yaxınlaşdırın.

2- Belüstə uzanın. Ayaqlarınızı dizlərinizdən bükün. Əllərinizi boynunuzun arxasına qoyun. Hər nəfəs alanda ayağınızın birini uzadın. Digəri ayağınızı dirsəyinizə çarpaz şəkildə yaxınlaşdırın. Bədəninizin yüxarı tərəfini xəfif şəkildə həmin tərəfə döndərin.

3- Üzüstə yerə paralel şəkildə uzanın. Əllərinizi çiyinlərinin genişliyində açaraq yerə, ayaqlarınızı isə plastik topa qoyun. Hərəkəti edərkən belinizin düz olmasına diqqət yetirin. Bu pozisiyada qala bildiyiniz qədər qalın.

4- Ayaqlar 90 dərəcə yerdən hündür olacaq formada, əlləriniz başınızın arxasında sıra ilə sola və sağa olmaqla, yarım dönüşlər edin. Digər ayağınızı isə qarnınıza doğru şçəkin.

5- Belüstə yerə uzanın. Ayaqlarınızı xəfif bükün. Qollarınızı yuxarı qaldırın və qabağa-geri hərəkətlər edin. Qarın əzələləriniz hiss edin.

6- Uzanıb ayaqları havaya qaldırın. Sonra ayaqlarınızı yerə dəyməyəcək formada endirib-qaldırın. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.