Sağlamlıq

Günəbaxan tumu və qabığı orqanizmə ziyan deyil - ALİMLƏR AÇIQLADI

16 İyun 2019 20:55
1 Şərh     Baxış: 2 338
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Günəbaxan tumuna həvəs kor bağırsağın iltihabı ilə nəticələnir.

Uzun illər buna inanmışıq. Milli.Az ölkə.az-a istinadən bildirir ki, türk həkimləri bu mifi darmadağın ediblər.

Mütəxəssislər 2000 kor bağırsaq əməliyyatını analiz ediblər. Məlum olub ki, cəmi 8 əməliyyatda kor bağırsaqda qida qalığı iltihaba səbəb olub. Onlardan cəmi biri meyvə çəyirdəyi ilə bağlı olub.

Rusiyalı alim Sergey Vyalov türk həmkarları ilə həmfikirdir və bildirib ki, günəbaxan tumu və qabığı kor bağırsaqda problem yaratmır. O, əmindir ki, ümumiyyətlə qida məhsulları iltihaba səbəb olmur.

"Günəbaxan tumu, meyvə və giləmeyvələri qabığı ilə yemək olar. Heç bir problem yaranmaz", - deyə Vyalov bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.