Sağlamlıq

Daş olan öd kisəsinin çıxarılması xəstəni insultdan xilas edir - ALİMLƏR

14 İyun 2019 22:44
0 Şərh     Baxış: 1 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Öd kisəsində daşların olması həmin şəxs üçün insult riskini də artırır. Bunu Tayvan Memorial Hospitalın alimləri bildirib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, xəstədə, xüsusən yaşlı insanda insult riskini azaltmaq üçün öd kisəsinin çıxarılması çox əhəmiyyətlidir. 

Öddə daşla insultun əlaqəsinin olması çoxdan tibbə məlumdur. 
Alimlər son tədqiqatlarında 310 min nəfər öd daşı xəstəliyi olan pasiyentin tibbi məlumatlarını araşdırıb.

Onların yarısı öd kisəsinin əməliyyatını keçirmişdilər. 12 il ərzində bu adamlardan 19,1 min nəfəri insult keçirdi. Onlar öd kisəsini əməliyyat etdirməmişdilər. 11 min nəfəri isə əməliyyat olunanlar idi. 

Deməli, belə qənaətə gəlinib ki, öd kisəsi götürülən insanlarda insult olma riski 40% azalır. 

Alimlər öd kisəsinin çıxarılmasını insultun profilaktikasında önəmli qərar hesab edir. Əgər xəstə baş beyin qan dövranı pozulması qrupuna daxildirsə, onun öd kisəsi nəzarətdə saxlanmalı və daş varsa, mütləq kisə çıxarılmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.