Sağlamlıq

Qadınlar tonusu saxlamaq üçün gündə...

16 İyun 2019 21:50
0 Şərh     Baxış: 1 393
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İntensivliyinə görə orta fiziki yüklənmə, o cümlədən həftə ərzində 150 dəqiqə gəzinti yaşlı insanlara dünyanın bir çox ölkələrində tövsiyə edilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə tövsiyələr fiziki aktivliyin insan səhhətinə təsirini araşdıran tədqiqatın nəticələrinə əsaslanır. Bəzi mütəxəssislər isə fiziki yüklənmənin dəqiqələrlə ölçülməsini düzgün hesab etmirlər. Harvard Universitetinin professoru Ay-Min Li qəzetə müsahibəsində bildirib ki, yaşlı qadınlar üçün fiziki yüklənməni onların atdıqları addımların sayı ilə ölçmək daha dəqiq olardı.

"Journal of American Medical Association" qəzetində dərc olunan yeni tədqiqatda professor Li və onun həmkarları tonusun saxlanması üçün lazım gələn addımların sayını aydınlaşdırmağa çalışıblar. Onlar əksəriyyəti yaşı 70-ə çatmış 17 min qadın üzərində müşahidələrin nəticələrini tədqiq edərək belə qənaətə gəliblər ki, vaxtsız ölüm riski ehtimalını azaltmaq üçün gün ərzində 7,5 min yüngül gəzinti addımı atmaq kifayət edər. Az hərəkətli həyat tərzi keçirən qadının gün ərzində atdığı təxminən 2,7 min addım vaxtsız ölüm riskinin qarşısını almır.

Professor Li gündə 10 min addımın atılmalı olduğu barədə populyar mülahizənin elmi tədqiqatlar vasitəsilə təsdiqini tapmadığını da qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.