Sağlamlıq

Əgər xəstəlik baş qaldırıbsa, onu "duzlamaq" lazımdır - Qədim müalicə sirləri

13 İyun 2019 07:14
0 Şərh     Baxış: 3 791

Qədim təbiblər deyirdi ki, əgər bir xəstəlik sənə güc gəlirsə, baş qaldırıbsa, ona duzla hücuma keç. 

Çünki duz 100-dən çox xəstəliyin ən asan və real dərmanıdır.

Yaxşı olar ki, duzla müalicə üçün ən keyfiyyətli, orqanik və daş duz seçəsiz. Çünki zavodda çox  emal olunmuş narın xörək duzu effektli deyil.

Milli.Az medicina.az-a istinadən duzlaya biləcəyiniz xəstəliklərin siyahısını təqdim edir. 

-Ostexondroz, radikulit, əzələ-oynaq ağrıları, otit - kətan və ya pambıqdan kiçik torbanı quru tavada isidilmiş duzla doldurub bağlayın və ağrı nahiyəsinə soyuyana kimi qoyun.

-Dırnaq batması, ayaqda göbələk - quru təmiz daban və barmaqlara, barmaq aralarına axşamdan duz səpib, corab geyinib yatın

-Zökəm, burun tutulması, qrip, haymorit, allergik rinit - hər gün 2-3 dəfə burunun içini duzlu su ilə ( 1 stəkan isti suya 1 çay qaşığı duz həll edin) yumaq. 

-Daban şporu - yarım litr arağa 3 ədəd qırmızı acı istiot doğranılır və yarım stəkan duz əlavə olunur. 5 gün qaranlıq yerdə saxlanılır. Bu məhlulla dabana kompress olunur. 

-Tonzillit, laringit, angina - ilıq duzlu su ilə 3 dəfə qarqara

-Ayaqda döyənək, qabar - daş duzu bir kiçik tas isti suda həll edib, ayaqları 30 dəqiqə burda saxlamaq.

-Pnevmoniyada -  100 qram kərə yağı, 2 çimdik duz, 3 ədəd sarımsaq. Əzilib qatılır. Çörəyə bu yağ çəkilib yeyilir.

-Burun poliplərində - dəniz duzu ilə gündə 3 dəfə yuyulur və ya inhalyasiya olunur. 

-İltihabi xəstəliklərdə - çobanyastığı dəmləməsi ilə duzlu məhlul qarışdırılır və kompress olunur

-Ginekoloji xəstəliklərdə - çobanyastığı. kalendula və duzdan məhlul hazırlayıb, şprislə yuyulur.

-Ağciyər xəstəlikləri, qrip, allergiya, bronxit, astmada- daş duz 1-2 ədəd kiçik duz dilin altına qoyulur və əridilir. Duz ağız suyu ilə limfa və qana keçir. Əriyib bitdikdən sonra 1 stəkan su içilir. 

Bu metodu davamlı etmək lazımdır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.