Sağlamlıq

Sobada bişmiş soğan MİN BİR DƏRDİN DƏRMANIDIR

14 İyun 2019 21:32
14 Şərh     Baxış: 2 779

Mütəxəssislər bir çox tərəvəzlərin çiy halda daha çox faydalı xassələrə malik olduğunu deyir. Amma bir məhsul var ki, bişirilmiş növdə daha çox faydalıdır nəinki çiy. Və bu, kartof deyil. Sizi tapmacalarla yormayacağıq, bu, soğandır. Soğan çiy halda da orqanizm üçün çox qiymətlidir, lakin çoxları ağızda yaratdığı xoş olmayan təsirdən dolayı ondan yan keçir.

Çoxları elə bilir ki, soğan bişiriləndə faydalı xassələrini itirir. Halbuki, doğru deyil, çünki yalnız uçucu yağlar buxarlanır və sobada qaldıqdan sonra bütün müalicəvi xüsusiyyətləri artır.

Soğanı sobada necə qızartmalı?

Sobada bişirilmiş soğanın əsas üstünlüyü odur ki, o, spesifik dada malikdir və ağızda pis qoxu yaratmır. Odur ki, onu görüşə və ya qonaqlığa gedən hər kəs ratalıqla yeyə bilər. Soğandan maksimum fayda əldə etmək üçün onu düzgün bişirmək lazımdır.

Soğanları qabıqlı halda 15-30 dəqiqə 100-150 dərəcə qızdırılmış sobada bişirin.

Daha yaxşı təsir göstərməsi üçün orta ölçülü soğanağının yarısını səhərlər acqarına, qalan yarısını isə yatmazdan 2-3 saat əvvəl yemək lazımdır. Həmçinin ondan balıq, toyuq və ya ətə qarnir kimi istifadə edə bilərsiniz. Çox dadlı ahəng alınır.

Milli.Az bişirilmiş soğanın faydaları ilə tanış edir:

İndi isə keçək nəfis yeməyin faydalarına

Bişirilmiş soğan xüsusilə şəkərli diabet xəstələrinin müalicəsində əhəmiyyətli rol oynayır. O, faydalı xüsusiyyətləri sayəsində qlükozanın səviyyəsini normallaşdırır və aşağı salır.

Bişirilmiş soğanın tərkibində kükürd olur ki, bu da mədəaltı vəzinin işinin aktivləşməsi və kifayət qədər insulin hazırlanması üçün cavab verir.

Soğanın tərkibinə həmçinin bədən hüceyrələri üçün lazımlı mineral olan dəmir daxildir.

Pnevmoniya və bronxit vaxtı bişirilmiş soğan həm böyüklərin, həm də uşaqların müalicəsində aktiv istifadə olunur.

Qan laxtalanması problemləri olanlar onu tez-tez yeməklərlə birlikdə istifadə etməlidir.

İnfarktdan və ya insultdan sonra həkimlər bişirilmiş soğan yeməyi məsləhət görür. O, damarları təmizləməyə, qan təzyiqini yaxşılaşdırmağa kömək edir, həmçinin miqren ağrılarını yüngülləşdirir.

Bişirimiş soğanı məlhəm kimi istifadə etmək olar. Soğanı bölüb yarpaqlarını yazva və ya yaraların üzərinə qoyub toxumaların sağalmaq müddətini tezləşdirə bilərsiniz. Belə soğan kompresləri yaxşı antibakterial təsirə malikdir. Onu babasilin müalicəsi üçün də tətbiq etmək olar, əlbəttə ki, həkim müşahidəsinin altında.

Mütəmadi istifadə nəticəsində bişirilmiş soğan sizi bir çox naxoşluqdan qurtarmağa və profilaktik təsiri göstərməyə qadirdir. (publika.az)

Milli.Az

loading...

Şərh yaz:

14 Şərh:

  • Anonim
    asi · 14 İyun 21:5130

    Xeyirli olsa da dadı necə olar onun??. Soğanlı yeməklər dadlı olur, amma sobada bişirilmiş soğanın dadını təsəvvür edə bilmədim).. Sobada bişirilmiş alma çox dadlı olur..Hələ üstə bal töküb yeyirsən, bəh-bəh).. Birdə yadımdadı kənddə həmişə közün içində heyva bişirərdi mamamgil, çox dadlı olurdu..Ya sacda çörək bişirəndə, ya da manqalda kabab bişirəndə bir kənarda isti külün içində heyva bişirirdik)..15 il olarki yemirəm həmin heyvadan(..

    Cavab yaz
    • Anonim
      Daglı · 14 İyun 23:1630

      Sobada bişən ,,Qızıl Əhmədi" alması da pis olmazdı)

      Cavab yaz
      • Anonim
        ❤️Ebru❤️ · 14 İyun 23:3851

        Axsaminiz xeyir Dagli bey.Sizide oglunuzuda urekden tebrik edirem.InsaAllah ali mektebden gelsin sesi fexriniz olsun.Ne arzulari varsa ona catsin.Foto seyfesine yazmiram deye tebrikim gec olsada qebul edin:)).Basqa seyfelerde gormedim serhinizi yaxsiki bura yazdiz..

        Cavab yaz
        • Anonim
          Daglı · 15 İyun 00:3230

          Salam,Ebru xanım, çox sag olun, o gün olsun sizin də ag bantikli Mələkləriniz məzun olsun və seçdikləri sənətin sahibi olsunlar, amin.

          Cavab yaz
    • Anonim
      mən də yemirdim illərdi( · 15 İyun 07:1910

      Evdə tavaya qoyun,alma ya heyvanı, ağzını örtün,qazı da çox az açın,quru tavada bişsin. Yanına varsa 1-2 dənə kömür qoyun. Əvəz etməsədə ocağın üstündə bişənin, heç olmasa o anları təkrar bir xatırlama pis olmaz

      Cavab yaz
      • Anonim
        asi · 15 İyun 11:1120

        Çox sağ olun...Bir dəfə internetdə gördüm, əti bişirəndə yanına kömür qoyurdular..Istədim prob edəm..Evi tüstü bürümüşdü)). Asılqandakı paltarlara keçmişdi his iyi)).. Bilmirəm mən düz hazırlamadım ya necəsə yaxşı iş olmamışdı)..Yəqinki xodunu çox vermişdim yanmışdı..

        Cavab yaz
  • Anonim
    Papatya · 15 İyun 00:2530

    Salamlar. Ah ah asi, yaman yadima saldin, biz de edirdik heyvani o cure..men coox xoslayirdim. Uzun zaman oldu men de yemeyeli( Qizil ehmedi alma sortu yegane sevib yediyim alma novudur. Qalan bahali, ucuz,yerli xarici.hec bir almani yeye bilmirem. 2il evvel şahdağdan qayidanda yol kenarindan aldiq. Bakiya çatinca 5-6denesin yemişdim artiq) sonradan alib yediklerimden o lezzeti almadim.

    Cavab yaz
    • Anonim
      Daglı · 15 İyun 10:5820

      Salam, siz QızılƏhmədi almasını İsmayıllı yaxud Qəbələdən alın, Quba sortu tam fərqlidi, keyfiyyəti aşagıdır.

      Cavab yaz
      • Anonim
        Papatya · 15 İyun 11:1630

        Salam Dagli. Qəbələ sortunu daha cox yemisem, dadlidir duzdu. Şahdağdan qayidan yolda bir genc oğlan qirmizi vedrelerde satirdi yol kenarinda. Heqiqi haqqini yemeyim o da dadli idi. Qirmizi, içi ağappaq, sulu. Basqa alma novlerini bele hevesle qabiqli dişleyib yemek olmur. Ne Qubanin ağ almasi, atam smirinka sevir meselen, onu da yeye bilmirem. Bakida satilan qizil ehmediler balaca, eyiş uyuşdu..get gede ele bil kiçilir meyve)

        Cavab yaz
        • Anonim
          Daglı · 15 İyun 12:3120

          Dünyada QızılƏhmədinin ən dadlı sortu İsmayıllıda yetişir. Amma digər sortlar əlbəttə ki Quba almasına çata bilməz. Agdamda da çox dadlı almalar görmüşdüm əvvəllər. QızılƏhmədinin irisini seçib xüsusi adamlara satırlar. Bazarlara cırlarını çıxarırlar. Amma sortun cırlaşmasının günahkarı insanlardı, yeni tinglər yetişdirmirlər, agaclar qocalıb artıq. Çeçenistan və Kabardinlərdə də dadlı alma sortları yetişdirirlər.

          Cavab yaz
          • Anonim
            Papatya · 15 İyun 13:1020

            İsmayilli Qizil Əhmədisini de yoxlayaram insaAllah. Tapsam) Qəbələdən qohumlar var deye, oranin mehsullarini taniyiram daha çox)

            Cavab yaz
    • Anonim
      asi · 15 İyun 11:0820

      Salam Papatya..Qızıl əhmədi almasını da uzun illərdi yemirəm heç..Rusiyaya gələndən alma elə çox yeyə bilmirəm, buralarda dadlı alma olmur.Özdə məndə bir xüsusiyyət var, bir almanı yeyib axıra çıxmamış acından uje fəryad edirəm)).. Bax bayaq alma yeyirdim guya, yaşıl alma..Almanın yarısı qalıb hələ, mən artıq acından ölürəm bu saat)))..Özdə yaşıl alma yeyəndə ən çox acıram..Sorada deyirlər arıqlamaq istəyənlər yaşıl alma yesin..Mən gündə birini yesəm bir həftəyə 10 kilo kökələrəm)). Çünki, həqiqətən çox acıram)).Qırmızı sarı alma yeyəndə elədə acmıram amma..

      Cavab yaz
      • Anonim
        Papatya · 15 İyun 13:1700

        Asi, xarici yaşil almani heeç yeye bilmirem. Dişleyende etim urpeşir. Umumiyyetle men bele bir qənaətə gelmişem ki, en dadli erzaq mehsullari, meyveler bizimkidi. (Belke de mene ele gelir) İqlim de masaAllah elverişlidi. 9 iqlim qurşagina sahibik ne de olsa. He amma onu deyim ki, evde şiresini cekesi olsam, yaşil almanin şiresini daha cox sevirem.

        Cavab yaz
  • Anonim
    Papatya · 15 İyun 00:2510

    Resepti beyenmedim.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.