Sağlamlıq

Kardioloqlar təhlükəli simptomları açıqladı

13 İyun 2019 07:00
0 Şərh     Baxış: 3 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadınlarda ürək tutması kəskin simptonlar olmadan baş verir, xəstələr isə kiçik naxoşluqlara məhəl qoymağa meylli deyil. Amma bu, ölümcül təhlükəli ola bilər.

Milli.Az xəbər verir ki, amerikalı kardioloqlar qadınları ürək xəstəliklərinə daha diqqətli olmağa səsləyib. Həkimlər qeyd edib ki, qadınlarda ürək tutmaları kişilərdəki kimi intensiv deyil. Odur ki, qadınlar ölümcül ola biləcək simptomlara məhəl qoymur.

Kardioloqların sözlərinə görə, adi hərəkətlərin yerinə yetirilməsində təngənəfəslik yaranırsa, diqqətli olmaq lazımdır. Xüsusilə təngənəfəslik simptomlarını yüksək təzyiq və beldə ağrılar müşayiət edirsə, vəziyyət ciddidir.

Çiyinlərdə, boyunda, sol əldə, boğazda və çənədə ağrı ürək tutmalarının əlamətləri ola bilər. Əgər belə naxoşluq üçün başqa səbəb yoxdursa, həkimə müraciət etməyə tələsin. Xüsusilə dinc vəziyyətdə nəbzin artıması, başgicəllənmə, ürək bulanması kimi hallar baş verirsə.

Xroniki yorğunluq, sinədə ağrı və təzyiqin qalmxmasını hiss edirsinizsə, səbəbsiz həyəcanlanırsınızsa, müayinədən keçməyə dəyər. Adətən qadınlarda ürək problemi klimaks və menopauzadan sonra başlayır. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.