Müasir tibbdə diaqnostika vasitələri sürətlə təkmilləşir. Bunu hepatologiyaya da aid etmək olar. Bu sahədə mütərəqqi diaqnostika metodlarından biri də "FibroScan" müayinəsidir. "Aysmed" klinikasının qastroenteroloq-hepatoloqu Rəqsanə Cəlilova Milli.az-a verdiyi müsahibəsində "FibroScan" cihazı haqqında ətraflı danışıb.
- Doktor, hepatologiyaya dair hansı müasir müayinə vasitələrinin adlarını çəkə bilərsiniz?
- Onların sayı o qədər də çox deyil. Lakin bu diaqnostika vasitələri arasında "FibroScan" cihazını xüsusilə qeyd etmək lazımdır. Bu, əsl innovasiyadır. Onun kəşfi hepatologiya aləmində böyük rezonans doğurdu.
- Bu cihazın əhəmiyyəti nədən ibarətdir və göstərişləri hansılardır?
- Əvvəla onu deyim ki, "Aysmed" klinikasındakı "FibroScan" cihazı son nəsil olub (502-ci model), əlavə funksiyalara malikdir. Onun vasitəsilə təkcə qaraciyərdəki fibrozlaşmanı deyil, həmçinin qaraciyər yağlanmansını (steatozu) da ölçmək mümkündür.
Bundan başqa, "FibroScan" piy hepatozu (qeyri-alkoqol steatohepatit), qaraciyərin alkoqol xəstəliyi (alkoqol steatohepatiti), B,C,D hepatit virusları, qaraciyərin autoimmun xəstəlikləri (autoimmun hepatit, birincili bilar sirroz və s.), şəkərli diabet, qaraciyər analizlərinin yüksək olması (ALT, AST, GGT), artıq çəki, qanda bilirubin səviyyəsinin tez-tez qalxması nəticəsində qaraciyərdə baş verən fəsadları müəyyənləşdirməyə geniş imkanlar yaradır. Bir sözlə, "FibroScan" - qaraciyərin aynasıdır.
- Bu cihazla diaqnostika ənənəvi müayinə vasitələrindən nə ilə fərqlənir?
- Fərqlər çoxdur, özü də kardinal fərqlərdir. Məsələn, "FibroScan" müayinəsi üçün heç bir əks-göstəriş yoxdur (hamiləlik və assitdən başqa), biopsiyaya ehtiyac olmur, ağırlaşması yoxdur, ağrısız prosedurdur. Müayinə qısa müddətdə aparılır, lakin yüksək informativliyə malikdir, nəticəsi isə mükəmməldir.
- Doktor, "FibroScan"ın üzə çıxardığı patologiyaları ultrasəs müayinəsi (USM) ilə aşkarlamaq mümkün deyilmi?
- Xeyr. Məsələ ondadır ki, USM qaraciyər xəstəlikləri haqqında yalnız ümumi məlumat verir, "FibroScan" isə bizə qaraciyər patologiyalarını tam mənzərəsini yaradır.
Fibroscan haqqında video:
https://www.instagram.com/p/BuGfCcXBHzU/?utm_source=ig_web_copy_link
"Aysmed" klinikasında FibroScan müayinəsindən keçmək üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz:
(012) 370-92-24/25
(055) 252-40-47
(055) 209-04-33