Sağlamlıq

İmmunitetinizin zəif olduğunu göstərən əlamətlər

24 May 2019 23:57
0 Şərh     Baxış: 3 188

Bədəni gücləndirmək və xəstəliklərlə mübarizə üçün ən təsirli yol immun sistemini gücləndirməkdir.

Milli.Az süfrənizdə edəcəyiniz bir neçə dəyişikliklə immun sistemini gücləndirməyin üsullarını təqdim edir.

Əvvəlcə ondan başlayaq ki, immunitet bədənin mühafizə qapısıdır. İmmunitetin zəifləməsi xəstəliklərə yoluxma ehtimalının artması deməkdir. Bəzən bu zəifləmə gözlə görünmür, amma bir müddət sonra özünü büruzə verir.

Bəs immunitetin zəiflədiyini necə bilərik?

Yuxarı tənəffüs yolları xəstəlikləri tez-tez təkrarlanırsa;

Dəridə göbələk infeksiyası varsa və dəri çox həssasdırsa;

Xroniki sindrom halına gələn yorğunluq getdikcə artırsa;

Əl və ayaqlarınız daim soyuqdursa;

Yaxşı qidalanmanıza baxmayaraq qəbul etdiyiniz vitamin və minerallar bədənə normal yayılmırsa;

Ağızda artan infeksiyalar və bakteriyalar sağlam hüceyrələri mutasiya edərək xərçəngə yol açır.

Bəs bütün bu problemləri biləndən sonra immuniteti necə gücləndirə bilərik?

Bədən yetəri qədər istirahət etmədikdə stress hormonları daha çox işləyir. Bu da həmin şəxsin aqressiv və yorğun olmasına səbəb olur. Mütəxəssislər immuniteti gücləndirmək üçün yuxunun vacib olduğunu deyir.

Araşdırmaya görə gün ərzində 30 dəqiqə məşq etmək immuniteti gücləndirir. İdman həmçinin bədənin rahat yatması üçün çalışan hormonları dəstəkləyir.

Psixi xəstəliklərin ən təhlükəlisi depressiyadır. Çünki bu şəxsin özünü daim narahat hiss etməsinə səbəb olur və həyat səviyyəsi aşağı düşür.

Mütəxəssislər bəzi qidaların gündəlik rasiona əlavə edilməsinin immuniteti gücləndirmək üçün vacib olduğunu deyir.

Zeytun: immun sistemini ən çox gücləndirən qidalardan biri zeytundur. Tərkibindəki vitaminlər xolesteroldan qan təzyiqinə qədər bir çox xəstəliyə yaxsı təsir edir. Həmçinin tərkibindəki yüksək səviyyəli dəmir də zərərli bakteriyalara qarşı yaxşı mübarizə aparır.

Badam: tərkibindəki E vitamin ilə immun sistemini gücləndirməklə yanaşı xəstəliklərə qarşı da mübarizə aparır. Ara öyünlərdə 10 ədəd badam yeməklə gününüzü daha dinc keçirə bilərsiniz.

Yumurta: Allergiya təsiri istisna edilməklə yumurta bədənin bütün protein ehtiyacını qarşılaya bilir. Əzələ və sümükləri gücləndirir. İmmunitetin gücləndirilməsi üçün əvəzsiz qidalardandır.

Yer fıstığı: Tərkibindəki polifenol maddəsi təbiətdəki ən güclü antioksidant hesab edilir. Buna görə mütəxəssislər gün ərzində müəyyən ölçüdə yer fıstığı yeməyi məsləhət görür. Allergiya testi etdirəndən sonra hər həftə bir ovuc yeyə bilərsiniz. (publika.az)

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.