Sağlamlıq

Gözə zərərli və faydalı qidalar

22 May 2019 23:49
0 Şərh     Baxış: 1 744

Pəhriz həmişə xeyir gətirmir. Nəyi yeyib, nəyi yeməmək lazım olduğunu dəqiq bilməliyik. Məsələn, bir çox qidalar görmə qabiliyyətini korlayır.

Milli.Az bizimyol.info-ya istinadla gözə zərər vuracaq və ya əksinə, fayda gətirə biləcək ərzaqların siyahısını təqdim edir.

Başlayaq zərərli qidalardan. Ağ çörək görmə qabiliyyətini yalnız pisləşdirə bilər. Bu məhsul buğda unundan hazırlanır. Unun tərkibində isə heç bir vitamin yoxdur. Çox kofe içmək də gözə xeyir gətirməyəcək. Spirtli içkilərin damarlara necə zərər vurduğunu onsuz da bilirsiniz. Üstəlik, qazlı sular da gözün düşmənidir. Daha çox tərkibindəki şəkərin çoxluğuna görə.

Bundan başqa, çox duzlu yeməməlisiniz. Ümumiyyətlə, vitamin çatışmazlığı gözlərin vəziyyətini çox ağırlaşdırır.

Bəs gözə nə xeyirdir? Biri elə qaragilə. İkinci Dünya Müharibəsi zamanı bu giləmeyvənin cemi britaniyalı əsgərlərin qida rasionuna daxil edilmişdi. Gözlərin sulanmasının qarşısını alır, qan dövranını yaxşılaşdırır. Quşqonmaz da çox faydalıdır. Gözlərindən şikayəti olanlar ispanaq da yeməlidir.Brüssel kələminin tərkibindəki A vitamini və antioksidantlar əhəmiyyətini çox artırır. Bir az tapmaq müşkül ola bilər. Bir də qarğıdalını unutmayaq.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.