Sağlamlıq

"Google" xərçəngi həkimlərdən daha yaxşı aşkar edir

22 May 2019 23:33
0 Şərh     Baxış: 985

Süni intellekt əsasında işləyən diaqnostika sistemləri ağciyər xərçəngini sertifikatlaşdırılmış həkimlərlə müqayisədə daha yaxşı aşkar edir.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, "Google"un mühəndisləri tərəfindən ABŞ-da bir sıra tibbi mərkəzlərin iştirakı ilə keçirilmiş araşdırmaya əsasən, kompüter alqoritmləri 94% halda xərçəng xəstəliyinin əlamətlərinə düzgün diaqnoz qoyur.

"Google"un neyron şəbəkəsi ağciyər xərçəngi aşkar edilmiş pasiyentlərin nümunələri üzərində təlim etdirilib. Ötən il bu xəstəlikdən ABŞ-da 160 min və dünyada 1,7 milyon nəfər ölüb.

Ancaq "Google"un neyron şəbəkəsi hələ ki kliniki tədqiqatlarda istifadəyə hazır deyil. "Biz bu texnologiyanın kliniki təcrübədə səmərəli tətbiqi üçün dünyadakı bütün müəssisələrlə əməkdaşlıq edirik" - "Google"un layihə meneceri Daniyel Se deyib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.