Sağlamlıq

5 saatdan az yatan insanlarda şəkər riski artır - Yuxunun diabetə təsiri

22 May 2019 23:47
0 Şərh     Baxış: 1 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yuxunun müddəti, dərinliyi, rahat və ya narahat olması qanda qlükoza, şəkərin miqdarına təsir edir. Bu fikri Çikaqo universitetinin alimləri bildirib. Onlar hesab edir ki, həm çox həm də qısa yuxu qan plazmasında qlükozanı artırır, diabet riski yaradır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, 960 nəfər preddiabet, diabet olan xəstə arasında aparılan araşdırma göstərib ki, onların yarısı pis yuxudan, az və narahat yatmaqdan, yuxudan doymamaqdan şikayətlənib. 

Hesablamalar göstərib ki, 5 saatdan az, 9 saatdan çox yatan şəxslərdə A1c hemoqlobini çoxdur. 
Eləcə də həddən artıq uzun, çox yuxu ilə yüksək aclıq şəkəri arasında birbaşa təsir sübut olunub. 

Alimlər hesab edir ki, çox yatan insanlarda həm piylənmə dayanıqlı olur, həm də preddiabet mərhələdən diabetə keçid sürətlənir. Həmçinin 5 saatdan az yatmaq ümumiyyətlə hipofiz, qalxanabənzər vəzi və mədəaltını məhv edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.