Sağlamlıq

Alimlər başı böyük olan uşaqlar haqqında İNANILMAZ SİRRİ açıqladı

20 May 2019 23:54
3 Şərh     Baxış: 8 969
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məlum olub ki, başı böyük olan uşaqlar daha ağıllıdır.

Milli.Az xəbər verir ki, alimlər böyük başı olan uşaqların beyninin daha güclü inkişaf etdiyi faktını təsdiqləyib.

Böyük Britaniyanın "Biobank" alimlərinin geniş miqyaslı araşdırması başı böyük anadan olanların daha ağıllı olduqlarını təsbit edib. Genlərin ağıl və sağlamlıqla əlaqələrinə yönələn araşdırma "Molekulyar Psixiatriya" jurnalında dərc edilib.

Alimlər bu qənaətə gəlib ki, yekəbaş insanlar daha yüksək intellekt göstəricilərinə malikdir. Bu faktı onların ali təhsil kimi göstəriciləri və koqnitiv testlərin nəticələri sübuta yetirib.

Bəs hansı ölçü böyük baş sayılır? Alimlərin sözlərinə görə, ağıllı uşaqların baş çevrəsi 31 ilə 35, 5 sm böyüklüyündədir.

Bununla belə başın çevrəsi yüksək intellektin yeganə göstəricisi deyil. Ümumi sağlamlıq vəziyyətinin də ağılla bağlı olduğu irəli sürülüb.

"Tədqiqat sağlam insanların da müqayisədə daha ağıllı olduğunu göstərib", - deyə tədqiqatçı Saskia Hagenars bildirib.

Odur ki, körpənizin başı böyükdürsə, narahat olmağa dəyməz, bu, öyünmək üçün əsaslı səbəbdir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.