Sağlamlıq

Qaraciyərdə problemlərin olmasına işarə edən 9 SİMPTOM

20 May 2019 23:39
0 Şərh     Baxış: 12 940
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qaraciyərdə sinir ucları yoxdur. Bu səbəbdən hətta xəstə qaraciyər ağrımır. Məhz bu səbəbdən bəzən bu orqanın xəstəlikləri çox gec aşkar olunur.

Lakin bəzi simptomlar qaraciyərdə olan problemlərə işarə edə bilər.

Milli.Az saglamolun.az-a istinadən bu simptomları ilə tanış edir:

1. Xroniki yorğunluq

Qaraciyərin funksiyası pozulduqda insanda səbəbsiz yorğunluq, süstlük, yuxunun pozulması kimi simptomlar əmələ gəlir.

2. Sidiyin rənginin tündləşməsi

3. Dəri və selikli qişaların rənginin saralması

4. Üz dərisinin vəziyyətinin pisləşməsi

Qaraciyər xəstəlikləri zamanı üz dərisində sızanaqlar, furunkullar əmələ gələ, dərinin yağlılığı arta bilər, allergik səpgilər əmələ gələ bilər.

Bəzən əksinə dəri çox quru olur, qabıq verir, göynəyir.

5. Sağ qabırğaaltı nahiyəsində ağrılar

Bu ən təhlükəli simptomlardan biridir. Bu simptom qaraciyərin gecikmiş mərhələlərində inkişaf edə bilər. Bu simptom onu göstərir ki, qaraciyər böyüyüb və öz kapsuluna təzyiq edir. Bu kapsulda qaraciyərin özündən fərqli olaraq sinir ucları var ki, ağrı əmələ gəlir.   

6. Daimi baş ağrıları

7. Səbəbsiz arıqlama

8. Bədən hərarətinin səbəbsiz yüksəlməsi

9. Oynaq və əzələlərdə ağrılar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.