Sağlamlıq

Milli xörəklərin kalori dəyəri

20 May 2019 07:00
0 Şərh     Baxış: 8 504
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan mətbəxində 2 minədək xörək növü var. Onların kalori dəyərləri bir-birindən fərqlənir.

Mütəxəssislərin fikrincə, hər bir insanın gündəlik kalori tələbatı orqanizmin daşıdığı yükdən asılıdır. Əqli işlə məşğul olanlara gündə 3 min, mexaniki-fiziki işlə məşğul olanlara 3,5 min, ağır fiziki işlə məşğul olanlara 5 min, idmançılara isə 6,5-7,0 min kalori lazımdır. Sağlam həyat tərzi üçün qəbul edilən qidaların kalori miqdarı orqanizmin tələbatı ilə mütənasiblik təşkil etməlidir.

Milli.Az bildirir ki, diyetoloq Ləman Süleymanova bu barədə AZƏRTAC-a deyib: "100 qram düyünün və ya bir kiçik boşqab aşın kalorisi 850-1000 kaloriyə çatır. Milli mətbəxdən xəngəl və piti kimi xörəklərin kalori dəyəri 500-600-dən 800 kaloriyə qədər çatır. Quzu əti 250-280 kaloriyə, dana əti ondan bir az aşağı kaloriyə malikdir. Məsələn, kələm dolması quzu ətindən hazırlanıbsa, onun 2 ədədinin kalorisi 300-400, bəzən 500 kaloriyə çata bilər".

Həkimin dediyinə görə, sağlamlıq problemi olanlar qidalanmaya xüsusilə diqqətli yanaşmalıdırlar. Orqanizmin kalori tələbatı pozulanda sonradan onun müəyyən fəsadları yarana bilər: "Gün ərzində heç bir qida qəbul edilməsə və yalnız axşam xəngəl yemək kifayətdir ki, kalorinin müəyyən bir hissəsini tutsun. Ağır xörəklərdən sonra yeyilən hər hansı qida orqanizmdə maddələr mübadiləsini zəiflədir. Xüsusilə qan təzyiqindən əziyyət çəkən xəstələrin axşam saatlarında ağır qidalar qəbul etməsi müəyyən fəsadlar yarada bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.