Sağlamlıq

Məşhur professor həyəcan təbili çaldı

17 May 2019 16:49
0 Şərh     Baxış: 2 577
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli kardioloq Canan Karatay sağlam cəmiyyətin qurulması üçün Səhiyyə Nazirliyinə 20 təklif təqdim edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, gözlənilməz açıqlamaları ilə tez-tez gündəm yaradan məşhur professor konservləşdirilmiş məhsullarının istifadəsinin xərçəng xəstəliklərinin sayını artırdığını vurğulayıb. O, hesab edir ki, idman sağlamlığın əsas şərtidir.

Canan Karatay daha sonra trans yağların qadağan olunması təklifini irəli sürüb. O, bu yağların bədəndə sağlam hüceyrələrin sayını azaltdığını və mutasiyaya səbəb olaraq xərçəng xəstəliklərinə yol açdığını izah edib.

Karatayın Səhiyyə Nazirliyinə təqdim etdiyi təklifləri belədir

Həzmi zəiflətdiyi və köklüyə səbəb olduğu üçün ağ çörəyin qadağan edilməsi;

İstehsal edilən unların tərkibinə kimyəvi maddələrin daxil edilməməsi;

Sənayə drojunun çörək zavodlarında bişirilən çörək xəmirinə qatılmaması;

Genetik modifikasiyası dəyişdirilən qidaların heyvan yemi kimi istifadəsinin qarşısının alınması;

Ənənəvi toxumların təşviqi artırılmalı və fermerlərə dəstək verilməsi;

Qarğıdalıdan şərbət əldə edilməsinin dayandırılması;

Qazlı və şəkərli suların inkişaf dövründəki uşaqlara spirtli içkilər kimi qadağan olunması;

Bitkilərə vurulan pestisidlərin azaldılması və ya tamamilə istifadə olunmaması;

Hamilə və azyaşlı uşaqlara şəkərin həddindən artıq istifadəsi barədə xəbərdarlıq edilməsi;

Qidalarda palma və trans yağlarının istifadəsinin qarşısının alınması;

Konservləşdirilmiş qidaların azaldılması;

Bal verən arılara əlavə qida verilməsi üçün pətəklərinin yanına arı şəkərinin qadağan edilməsi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.