Sağlamlıq

Babasilə qarşı 4 sadə ev vasitəsi

17 May 2019 23:42
1 Şərh     Baxış: 2 695

Babasil ən yayılmış pozulmalardan biridir. Babasil zamanı əsas müalicə ilə yanaşı bəzi ev vasitələrindən də istifadə etməklə bu xəstəliklə bağlı olan ağrılar və xoşagəlməz hissləri azalda bilərsiniz.

Milli.Az saglamolun.az-a istinadən effektivliyi tibb tərəfindən təsdiq olunmuş belə ev vasitələrini təqdim edir.

1. Aloe vera bitkisi

Söhbət məhz bitkinin özündən gedir. Güclü iltihabəleyhinə xüsusiyyətlərə malik olan aloe babasil düyünlərinin iltihabını azaldır. Bitkinin qalın yarpağını kəsib üst qatını soyun və düyünlərin üzərinə qoyun.

2. İngilis duzu

Mütəxəssislər aşkar ediblər ki, ingilis duzu ilə oturaq vannaları bağırsaqda iltihabı, qıcıqlanmanı və xoşagəlməz hissləri azaldır.

3. Soyuq kompreslər

Babasi düyünləri üzərinə soyuq su ilə kompreslərin qoyulması ödem və ağrıları azaldır.

4. Qliserin

İltihablaşmış babasil düyünlərinə qliserinin çəkilməsi göynəmə və qaşınmanı azaldır.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Anonim · 18 May 00:5500

    Babasile komek eden en guclu sam vacerin samidi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.