Sağlamlıq

Uşaqlarınızı düzgün və balanslaşdırılmış qidalandırın

19 May 2019 20:45
0 Şərh     Baxış: 1 025
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kiçik yaşlarda qidalanma və hərəkətsizlik irəli yaşlarda piylənməyə və həzm sistemi xəstəliklərinə səbəb olur.

Milli.Az ölkə.az-a istinadən əsrin ən böyük problemlərindən sayılan piylənmə ilə mübarizə aparmağın yollarını açıqlayacaq.

Düzgün və balanslaşdırılmış qidalanma

Piylənməni tətikləyən ən böyük səbəb qeyri-düzgün qidalanmadır. Uşaqların bəslənməsinə diqqət edin, yetəri miqdarda karbohidrat, yağ və proteyin almasından əmin olun. "Fast-food" qidalardan mümkün qədər uzaq tutun.

Fiziki hərəkətə sövq edin

Uşaqları kiçik yaşlardan etibarən idmana, hərəkətliliyə sövq edin. Məsələn, ən yaxşı üsul uşağı hansısa idman növünə yönəltməkdir.

Yağ istifadə edərkən diqqətli olun

Uşaqların yeməklərini zeytun yağında hazırlamağa çalışın. Bundan əlavə səhər yeməyində duzsuz kərə yağından istifadə edin.

Paket qidalardan uzaq tutun

Marketdə satılan rəngarəng paketlərdəki qidalar hər bir uşağın sevimlisidir. Ancaq körpələri bu cür yeməklərdən uzaq tutun. Bunun üçün onların anlaya bildiyi şəkildə izah edin. Tamamilə uzaq tuta bilmirsizə minumuma endirməyə çalışın.

Su qəbuluna diqqət edin

Uşaqların gündəlik 1,5-2 litr su qəbul etməsi vacibdir. Su eyni zamanda maddələr mübadiləsini tənzimləyərək piylınmınin qarşısını alır

Örnək olun

Uşaqların sağlam bəslənməsi üçün onlara örnək olmalısınız. Evdə sağlam yeməklər hazırlayın, birlikdə gündəlik məşqlər edin. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.