Sağlamlıq

Qeyri-sağlam qidalar ölümə səbəb olur

15 May 2019 20:14
0 Şərh     Baxış: 1 476
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vaşinqton Universitetinin alimləri artıq duz qəbulu və lazımi səviyyədə bütövdənlilər, meyvə-tərəvəz qəbul etməməyin hər il 11 milyon nəfərin ölümü ilə nəticələndiyini müəyyən edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə elmi məqalə "Science Alert" jurnalında dərc olunub.

Tədqiqatçıların hesablamalarına görə, qeyri-sağlam qidalanma tütün məmulatlarından daha çox can alır. Gündəlik qida rasionunda normadan artıq natriumun (duz tərkibində) yer alması üç milyon nəfərin həyatına son qoyur.

Bütövdənlilərin normadan az qəbulu üç milyon, meyvə-tərəvəzin isə lazımi səviyyədə qəbul olunmaması ildə iki milyon nəfərin ölümü ilə nəticələnir. Alimlər müəyyən edib ki, balanslaşdırılmamış qidalanma ürək-damar xəstəlikləri, xərçəng və diabet riskini əhəmiyyətli dərəcədə artırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.