Sağlamlıq

Baş ağrısına səbəb olan ərzaqlar

14 May 2019 20:39
0 Şərh     Baxış: 1 360
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Miqren müxtəlif səbəblər nəticəsində meydana gələ bilər.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, miqren hücumlarının bir çox səbəbləri istifadə etdiyiniz məhsullarla bağlıdır. Dietoloq Sezen Çetinkaya mövzuyla əlaqədar məlumat verib.

O, bildirib ki, ərzaqların tərkibindəki qatqı maddələri sinir yollarına təsir edərək ağrı yaradır. Miqren xəstələri üzərində aparılan bir çox araşdırmada məlum olub ki, şokolad, pendir, spirt və stress kimi amillər baş ağrısını yaradan əsas səbəbləridir.

Tiramin, histamin və feniletilamin, monosodyum qlutamat, nitrat, nitrit, spirtli içkilər və kofein baş ağrısına səbəb olan maddələrdir.

Tiramin

Metabilizmdə çox rast gəlinən amin növüdür. Qan təzyiqinin artmasına səbəb olur və miqren ağrısını şiddətlənir. Tiramin kiflənmiş pendirdə, qurudulmuş və ya fermentləşdirilmiş ət məhsullarında, soya sousu, sitrus meyvələri, konservləşdirilmiş ərzaqlarda, yerfıstığı və spirtli içkilərdə yüksəkdir.

Feniletilamin

Farmakoloji baxımdan tiraminlə eyni təsirə malikdir. Kakaonun tərkibində olan bir maddədir. Şokoladda kofein, feniletilamin və s. kimi kimyəvi maddələr noradrenalin ifrazını və serebral qan dövranını dəyişdirərək baş ağrısına səbəb ola bilər.

Monosodyum qlutamat

Qlutamik turşunun sodium duzudur. Hazır şorba, konserviləşdirilmiş ət , konservantlar, tamat və s. kimi çox hazır yeməklərə daxildir.

Kafein

Qəhvə, çay, şokolad və s. ərzaqlara daxil edilən kofeinin təsiri qəbul edilən dozaya görə dəyişir. Kofein qan-beyin bariyerindən keçir və beyində 20 dəqiqəlik terapevtik səviyyəyə çatır. Daimi yüksək kofein qəbulunun anidən azalması da baş ağrılarına səbəb olur.

Aclıq

Aclıq serotonin hormonlarının azalmasına və stress hormonlarının ifrazına təsir göstərir. Bundan əlavə, hipoqlikemiya da ağrını şiddətləndirir.

Araşdırmalar nəticəsində məlum olub ki, qlutensiz pəhriz miqren hücumlarını azaldır. Ekspertlər iddia edir ki, qluten toksik təsiri nəticəsində bir çox nevroloji simptomlara səbəb olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.