Sağlamlıq

30 dəqiqədə bakteriya ölçən cihaz - TİBDƏ YENİ KƏŞF

13 May 2019 23:58
0 Şərh     Baxış: 1 367
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə dəqiqəyə orqanizmdə bakteriyanın olub-olmadığını yoxlamaq üçün xüsusi cihaz hazırlanıb. 

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu cihaz sayəsində yersiz antibiotiklərin istifadəsinin minimuma endiriləcəyi proqnozlaşdırılır. 

Bəhs olunan testlərin nəticələri günlərlə vaxt alarkən, bu cihaz sayəsində bir neçə dəqiqəyə cavab əldə etmək mümükündür. Həmçinin bu üsuldan sonra pasientlərin antibiotiklə müalicə üsullarının da azaldılması nəzərdə tutulur. 

Cihaz yarım saat ərzində bədəndəki bakteriyaları ölçür və aşkarlanan bakteriyanın müalicəsinin mümkünlüyü yoxlanılır. Sözügedən qurğu ABŞ-ın Pensilvaniya Universitetində ixtira olunub. 3 ildən sonra özəl klinikalarda istifadə ediləcəyi bildirilib. İxtira patent almaq üçün 'Proceedings of the National Academy of Sciences' adlı elmi dərgidə yayımlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.