Sağlamlıq

Azərbaycanda qadınlar hansı xəstəliklərdən ölürlər? - ARAŞDIRMA

11 May 2019 07:01
2 Şərh     Baxış: 4 442
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər il dünyada milyonlarla insan müxtəlif səbəblərdən ölür. Müharibələr, terror hadisələri, kütləvi yoluxucu xəstəliklər, soyqırımı aktları kimi hadisələr nəticəsində insan ölümü, təəssüf ki, statistikaya çevrilir.

Qadın ölümləri bu çoxmilyonlu "statistika"nın böyük bir hissəsini təşkil edir. Belə ki, adlarını sadaladığımız səbəblər qarşısında qadın zərifliyi çox tab gətirə bilmir. 

Amma bu, o demək deyil ki, bütün qadınlar sadəcə terror, müharibə qurbanlarıdır. Dünya üzrə qadın ölümlərinə həm də müxtəlif xəstəliklər səbəb olur.

Bəs Azərbaycanda vəziyyət necədir? Ölkəmizdə qadınlar, əsasən, hansı xəstəliklərdən ölürlər?

Milli.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2018-ci ildə Azərbaycanda qadınlar arasında ölüm halları, əsasən, qan dövranı sisteminin xəstəliklərindən baş verib.

2018-ci ildə Azərbaycan Respublikası üzrə qan dövranı sisteminin xəstəliklərindən ölən qadınların sayı

Ölüm səbəblərinin adları

Nəfər

Qadınların hər
100 000 nəfərinə

Qan dövranı sisteminin xəstəliklərindən ölən qadınların ümumi sayı - cəmi

16875

343,2

o cümlədən:

   

kəskin revmatik qızdırmadan

8

0,2

ürəyin xroniki revmatik xəstəliklərindən

14

0,3

qan təzyiqinin yüksək olması ilə səciyyələnən

xəstəliklərdən

2322

47,2

ürəyin işemik xəstəliyindən

6909

140,5

serebrovaskulyar xəstəliklərdən

4688

95,3

qan dövranı sisteminin digər xəstəliklərindən

2934

59,7

2018-ci ildə əhalinin qan dövranı sisteminin xəstəlikləri ilə xəstələnməsi
(Səhiyyə Nazirliyinin məlumatlarına əsasən)

 

İlk dəfə qoyulmuş diaqnozla qeydə alınan xəstələrin sayı

o cümlədən:

   

kişi

Qan dövranı sisteminin xəstəlikləri, cəmi

144719

73358

o cümlədən:

   

kəskin revmatik qızdırma

15658

7539

ürəyin xroniki revmatik xəstəliyi

14156

7239

qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər

48031

23287

ürəyin işemik xəstəliyi

31023

16566

serebrovaskulyar xəstəliklər

6266

3194

Milli.Az bildirir ki, Azərbaycan Tibb Universitetinin kliniki farmakologiya kafedrasının müdiri, professor Adil Baxşəliyev Oxu.az-a açıqlamasında bildirib ki, Azərbaycanda ürək-damar sistemi xəstəlikləri 10-15 il cavanlaşıb.

"Qadın nə qədər cavandırsa, qanında qadın cinsi hormonları lazımi qədərdirsə və klimaks vəziyyət əmələ gəlməyibsə, ürək-damar xəstəlikləri nisbətən az təsadüf olunur. Bu hormonlar qadınlara qoruyucu təsir edir, xolesterini aşağı salır və qan təzyiqinin qalxmasının qarşısını alır.

Menopauza dövründə artıq ürək-damar xəstəliklərindən əziyyət çəkmə halları kişilərə yaxınlaşır. İndi qadınlarda 30-35, bəzilərində isə 40 yaşa yaxın aybaşı tsiklində pozuntular əmələ gəlir. Bu zaman aybaşı tsikli vaxtından qabaq kəsilir, klimaks dövrü başlayır. Bəzən menopauza dövrü çox uzun çəkir.

Qadınların menopauza dövründən başlayaraq çəkiləri artır. Artıq çəki də ürək-damar sistemi xəstəliklərinin əmələ gəlməsi üçün şərait yaradır. Qadınlar daha çox nevroz, kəskin revmatik qızdırma, ürəyin işemik xəstəliyindən əziyyət çəkir", - professor dilə gətirib.

"Qadınlar vena - varikoz genəlməsi, intibahi xəstəlikləri və sair xəstəlikdən əziyyət çəkirlər. Müalicəyə gələn əksər qadınlarda normal venası olana rast gəlmək olmur. Xüsusilə üç uşağı olan qadının venaları görünür və orada tromplar əmələ gəlir. Bu, qorxuludur. Çünki həmin tromb yerindən qopub gedib ağciyər arteriyasını tuta bilər və qəfil ölüm verə bilər. Qadında nəzərəçarpacaq dərəcədə varikoz genəlməsi varsa, mütləq həkimə müraciət etməlidir", - deyə Adil Baxşəliyev qeyd edib.

Aparılan araşdırmaya görə, Azərbaycanda infarkt kişilərdə daha çox 55-65, qadınlarda isə 60-70 yaş arasında baş verir.

Professorun sözlərinə görə, qadınlar daha çox ürək çatışmazlığı, insult, beyinə qan sızma və digər xəstəlikdən ölürlər:

"Xüsusilə qadınlarda kişilər kimi şəkərli diabet əmələ gəlirsə, ölüm riski daha çox artır. Ümumilikdə infarktın baş verməsi halları qadınlarda daha az olur, amma infarkt nəticəsində qadın orqanizmi daha ciddi zədələnir, müalicəsi çətin olur.

Buna görə də qadınlarda infarktdan sonra ölüm halları kişilərlə müqayisədə çoxdur. Çünki qadın orqanizmi buna hazır deyil. Qadınlar infarktın elə ilk dəfə baş verməsi nəticəsində ölə bilərlər. Çünki onlarda zədələnmənin dərəcəsi də ağır olur və daha çox fəsad yaranır".

ABŞ-ın Vaşinqton Universiteti nəzdində ümumdünya səhiyyə sahəsində tədqiqatlar aparan IHME (Sağlamlıq Göstəricisi və Qiymətləndirilməsi İnstitutu) adlı qeyri-hökumət təşkilatının hesabatına görə, Azərbaycanda 1990-2017-ci illər ərzində orta ömür üç il artıb, beş yaşdan aşağı uşaqlar arasında isə ölüm halları iki dəfədən çox azalıb. 

Azərbaycanda ölümə səbəb olan əsas 10 xəstəlikdən səkkizi qeyri-infeksion xəstəliklərin payına düşür. Azərbaycanlılar üçün ən bəlalı xəstəliklər ürəyin işemik xəstəlikləridir. Statistika nə qədər üzücü olsa da, xəstəlik son 10 il ərzində 26,8, insult 1,8, serroz və böyrəklə bağlı digər xəstəliklər 13,3 faiz artıb.

Ölümə səbəb olan xəstəliklərin onluğunda aşağı tənəffüs yollarının xəstəlikləri, Altsheymer sindromu, neonatal pozuntular, ağciyərlərin xroniki obstruktiv xəstəlikləri, ağciyər xərçəngi, şəkərli diabet və mədə xərçəngi də yer alır.

Eyni zamanda, Azərbaycanda bel ağrıları 26,8, baş ağrıları 15,7, şəkərli diabet 36,4 və yıxılma 47,2 faiz artıb.

Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, 2019-cu ilin iki ayı üzrə 1903672 nəfər arasında tibbi profilaktik müayinə aparılıb. 

Əhalinin  tibbi  profilaktik  müayinələrinin  hesabatı

Suallar

Cəmi

Müayinə olub

1903672

kişi

924164

qadın

979508

Aşkar olunan  ilkin xəstəliklər

İnfeksion xəstəliklər

2513

Yenitörəmələr

793

Qan və qanyaradıcı xəstəliklər

3119

Endokrin xəstəliklər

4475

Psixi və davranış pozğunluqları

521

Əsəb \s xəstəlikləri

6947

Göz xəstəlikləri

5673

Eşitmə pozğunluqları

1848

Qan dövranı xəstəlikləri

14729

Tənəffüs xəstəlikləri

17248

Həzm xəstəlikləri

7951

Dəri xəstəlikləri

2056

Sümük-əzələ xəstəlikləri

3147

Sidik-cinsiyyət xəstəlikləri

5851

Hamiləlik və zahılıq dövrünün xəstəlikləri

1914

Anomaliyalar

143

Simptomlar və əlamətlər

4442

Travmalar

1764

Cəmi

85134

Dispanser nəzarətə alınıb

15123

Sağlamlaşdırılıb

29653

Hospitalizasiya olunub

5710

Əlavə müayinələrə cəlb olunanlar, cəmi

572751

onlardan:                    rentgen

77388

laboratoriya

362057

USM

77094

EKQ

58662

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.