Sağlamlıq

İmsakda belə qidalanın - 36 saat tox saxlayan ərzaq açıqlandı

8 May 2019 23:48
4 Şərh     Baxış: 4 970
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ramazan ayında təxminən 17 saat davam edəcək aclığa dözmək üçün imsakda qidalanma qaydalarına əməl etmək mütləqdir.

Milli.Az xəbər verir ki, türkiyəli dietoloq Eda Ağıllı Akın Ramazanda 36 saat tox saxlayan qidanı açıqlayıb.

Mütəxəssis bildirib ki, xüsusilə bu dövrdə yanlış qidalanma vərdişləri nəticəsində təzyiq problemləri, qanda şəkərin səviyyəsi aşağı düşə və həzm sistemi problemləri yarana bilər.

İsti hava şəraiti aclıq və susuzluq hissini gücləndirdiyi üçün gün ərzində orqanizmin dözümlüyünü artırmaq üçün aşağıdakı qaydalara əməl etməyə dəyər.

İmsakda bərəkət var deyirlər. Odur ki, bu sözə laqeyd yanaşmaq olmaz. İmsakda gün ərzində enerji ehtiyatını təmin edən və uzun müddət tox saxlayan faydalı qidalara üstünlük verin. Yüksək sellülozlu, qlisemik indeksi aşağı və keyfiyyətli zülallarla zəngin qidalar uzun müddət toxluq hissi verir.

Eda Ağıllı Akın imsakda 1 ədəd yumurta, 2 xörək qaşığı yulaf əzməsi, 70 qram kəsmik, pendir, 1 çay qaşığı zeytun yağı və 50 qram göbələkdən omlet hazırlayıb yeməyi tövsiyə edib. O bildirib ki, yumurta 36 saat toxluq hissi verən yeganə qidadır. Mütəxəssis imksada yumurtanı pendirlə birlikdə yeməyi məsləhət görüb. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.