Sağlamlıq

Bunu edən anaların övladları daha AĞILLI OLUR - Psixoloji araşdırma

6 May 2019 23:58
0 Şərh     Baxış: 4 955
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Övladlarınızı tez-tez qucaqlayan valideynlərdənsiniz? Onda bunu etməyə davam edin.

Milli.Az xəbər verir ki, övladlarını tez-tez qucaqlayan anaların övladlarının beyni daha yaxşı inkişaf edir.

Yeni tədqiqatlar göstərir ki, uşaqların inkişafı dövründə onlarla fiziki təmasın siz düşündüyünüzdən daha böyük əhəmiyyəti var.

Ohayo Milli Uşaq Xəstəxanasında aparılan bir araşdırma göstərib ki, uşaqlarınızı nə qədər çox qucaqlasanız, onların əqli bir o qədər güclü inkişaf edir.

125 uşağın iştirak etdiyi araşdırmada fiziki təmasın onlara təsirləri müəyyənləşdirilib. Araşdırmalar göstərib ki, vaxtından əvvəl dünyaya gələn və küvesdə saxlanılan uşaqlar fiziki təmasa vaxtında dünyaya gələn uşaqlardan daha az reaksiya göstərir. Bundan başqa məlum olub ki, analarına və ya xəstəxana işçilərinə daha çox bağlı olan uşaqların beyni daha aktiv reaksiya verib.

Araşdırmanın rəhbəri olan həkim Natali Metrin sözlərinə görə, uşağın əqli inkişafında sığalın və qucaqda yelləməyin rolu böyükdür:

"Biz əmin olduq ki, vaxtından qabaq doğulmuş körpələrin hamiləlik dövründə, ananın bətnində olarkən hiss etdikləri mehriban, zərif və qayğıkeş ana toxunuşunu hiss etməsi vacibdir".

Bütün yuxarıda yazılanlar bizə bir daha sübut edir ki, fiziki bağlılıq beynin inkişafı üçün vacibdir. Bu səbəblə uşaqları mümkün qədər tez-tez qucaqlayın! (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.