Sağlamlıq

Qaraciyərin formada qalmasını dəstəkləyir

24 Aprel 2019 23:12
0 Şərh     Baxış: 3 253

Tərkibində pektin - qaraciyərdən zərərli maddələri çıxarmağa qadir birləşmənin olduğu ərik bu orqanın formada qalmasını dəstəkləyir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, pektinlər polisaxaridlərə aid edilir. Praktik olaraq, insanın həzm sistemi tərəfindən mənimsənilməyən bu maddələr enterosorbentlərdir (zəhərli maddələri bir-birinə bağlayaraq aktivləşdirilmiş kömür kimi həcm sistemindən xaric edirlər).

Mütəxəssislər ərik meyvəsinin faydalı olmasını etiraf etsələr də, onun həddən artıq qəbul olunmasını məsləhət görmürlər. Xüsusən hepatitdən əziyyət çəkən insan üçün gündə bir ədəd ərik yetərlidir. Ali kateqoriyalı həkim-terapevt Aleksey Vodovozov deyib: "İş ondadır ki, əriyin tərkibində olan beta-karotin qaraciyərdə parçalanır. Qaraciyər xəstəlikləri olan insanlarda bu, əlavə yüklənmədir".

Lakin zərərli şirniyyatların əvəzinə ərik qəbul edilərsə, bu meyvə birmənalı olaraq sağlamlığı möhkəmləndirir və çəkini aşağı salır. Məsələn, 100 qram şokoladın tərkibində 600 kilokalori olduğu halda, 100 qram əriyin tərkibində cəmi 40 kalori var.

Bir vacib məqamı qeyd etməliyik ki, əriyi yeməzdən əvvəl onu axar suda yaxşıca yumaq lazımdır (meyvənin nahamar qabığı mükəmməl təmizləmə tələb edir).

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.