Sağlamlıq

Ana olmaq üçün 53 kq arıqladı

22 Aprel 2019 22:23
0 Şərh     Baxış: 1 180

118 kq çəkisi olan ABŞ sakini Şandra Redvin hamilə qalmaq üçün 50 kq-dan çox çəki atıb.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, yeniyetməlkik dövründə ögey atasının pis münasibəti və qəddarlığı ilə üzləşən Şandra stressi azaltmaq üçün çoxlu yemək yeyirdi və nəticədə onun çəkisi hər zaman normadan yüksək olub.

2011-ci ildə ailə quran Şandranın çəkisi artıq 118 kq idi. Cütlük uşaq sahibi olmaq istəsə də hamiləlik baş tutmurdu. Həkimlər Şandraya arıqlamağı təklif ediblər. Düzgün qidalanma və qaçış sayəsində Şandra 53 kq-dan azad olub. Arıqladıqdan bir müddət sonra qadın hamilə qalıb.

Hal hazırda Şandra 2 uşaq anasıdır. Qadının sözlərinə görə, idmanla məşğul olmaq onu nəinki ana və gözəl qadın edib, həm də uşaqlıqda itirilmiş özgüvəni qaytarıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.