Sağlamlıq

Hər gün 5 dəqiqə sərf edin və həyatınızı bir neçə il uzadın - Qədim Çin məşqi - VİDEO

21 Aprel 2019 22:25
0 Şərh     Baxış: 6 112

Bu məşq qədim Çin Daos təbabətinin texnikalarına aiddir. Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bu texnika bizim eramızdan əvvəl V əsrdə yaranıb.

Lakin indi də ondan tez-tez istifadə olunur.

Bu məşq dizlərin üzərində "gəzməkdən" ibarətdir. Yerə yumşaq xalça və ya pled salın və dizlərinizin üzərində ehtiyatla "gəzin". Məşqi 1-2 dəqiqədən başlayıb, 5 dəqiqəyə çatdırın. Məşq zamanı heç bir ağrı və narahatçılıq olmamalıdır.

Məşqin faydaları:

- dizlərin sağlamlığına müsbət təsir edir - qan dövranını yaxşılaşdırır, ağrıları və iltihabı azaldır, diz oynaqlarının elastikliyini artırır

- onurğa sütununa düşən gərginliyi azaldır, bel ağrıları zamanı yardım edir

- omba və sağrı əzələlərini möhkəmləndirir, bu nahiyələrdə arıqlamağa kömək edir (qadınlar üçün xüsusilə aktualdır!)

- bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır

- böyrəklərin fəaliyyətini yaxşılaşdırır.

Bəzi xəstəlik və pozulmalar zamanı bu məşqi icara etmək olmaz - artrit, artroz, diz travması, dizdə yara.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Hər gün 5 dəqiqə sərf edin və həyatınızı bir neçə il uzadın. Qədim Çin məşqi

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.