Sağlamlıq

Erkən ölümün riski bu insanlarda daha çoxdur

21 Aprel 2019 22:44
0 Şərh     Baxış: 2 480

Normal vəziyyətdə (həyəcanlamayan zaman) ürəyi dəqiqədə 75 dəfə döyünən kişilərdə erkən ölüm riski iki dəfə yüksək olur.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, MedicalXpress nəşrində dərc olunmuş məlumata görə, isveçrəli alimlər belə bir nəticəyə gəlib.

1993-cü ildə başlanılmış tədqiqatlarda 798 nəfər iştirak edib (onların hər biri 1943-cü ildə dünyaya gəlib). Həyat tərzi barədə anketi doldurarkən könüllülər keçirdikləri stress səviyyəsini və ailə şəcərəsində ürək-damar xəstəlikləri ilə bağlı tarixçəni göstərib.

Könüllülər tibbi müayinədən keçirilib və nəticəyə əsasən, dörd qrupa bölünüb: ürək döyüntüsü dəqiqədə 55 dəfədən az olan, 56-65 dəfə olan, 66-75 dəfə olan və 75 dəfədən çox olanlar.

İştirakçılar 2003 və 2014-cü ildə təkrar müayinələrdən keçib. Monitorinqin aparıldığı 21 il ərzində 119 nəfər dünyasını dəyişib, 237 nəfərdə ürək-damar xəstəlikləri inkişaf edib, 113 nəfər isə ürəyin işemik xəstəliklərindən əziyyət çəkib.

1993-cü ildə ürək döyüntüsü tezliyi dəqiqədə 55 dəfədən çox olanlar, daha çox siqaret çəkən,  qeyri-aktiv və ya az aktiv həyat tərzi sürən və stresə meyilli insanlar olub. Ürəyi dəqiqədə 75 dəfə və ya daha çox döyünən insanlar arasında isə ürək-damar xəstəlikləri və digər səbəblərdən ölüm halları iki dəfə çox olub.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.