Sağlamlıq

Sağlamlıq üçün etdikləriniz əslində... - Onkoloqdan şok

19 Aprel 2019 19:54
4 Şərh     Baxış: 2 465

Milli.Az Publika.az-a istinadən Braziliyalı onkoloq Paulo Ubiratanın sağlam həyat tərzi barədə yerli mətbuata verdiyi müsahibəsindən bir hissəni təqdim edir: 

- Alkoqol istehlakını məhdudlaşdırmaq lazımdır?

- Ümumiyyətlə, hə. Amma unutmayın ki, hər bir şərab üzümdən, pivə dənli bitkilərdən hazırlanır. Distillə edilmiş şərab o deməkdir ki, maye giləmeyvələrdən çəkilir, bunun sayəsində onlar orqanizmə daha böyük fayda verəcək, nəinki meyvələri xam şəkildə yemək. Odur ki, özünüzü tamamilə məhdudlaşdırmayın.

- Sağlamlığımız qaydasındadırsa və gənc yaşdayıqsa, səhhətimizi necə qoruyaq?

- Mənim fəlsəfəm belədir: Əgər heç bir yerimiz ağrımırsa, xüsusi heç nə etməyin. İdman orqanizmə heç bir təsir göstərmir, əksinə idmanla peşəkar səviyyədə məşğul olmaq ona zərər verir. Əldə edilən tək amil həcmi artırılmış bədən əzələləridir.

Daimi gəzinti faydalı olsaydı, poçtalyonlar ölümsüz olardı. Dovşanlar dayanmadan qaçır və sıçrayır, ancaq 15 ildən çox yaşamır. Tısbağalar işləməsə və heç bir şey etməsə də, 450-500 il yaşaya bilir. Ancaq hər kəs deyir ki, məşqlər və fiziki aktivlik ömrü uzadır. Məsələn, ürəyə faydalıdır... Ürək müəyyən qədər döyüntülərə proqramlaşdırılıb. Ağır məşqlərlə onları itirməyin. Ürəyin resursu döyüntülərin istifadə üsulundan asılı olaraq başa çatacaq. Bu, sanki o deməkdir ki, avtomobili yüksək sürətlə sürməklə onun ömrünü uzada bilərsiniz. Çox yaşamaq istəyirsiniz? Nahardan sonra qısamüddətli yuxuya gedin.

- Ət sağlamlığımıza ziyan vurur?

- Dietoloqa etibar etməzdən əvvəl orqanizmin qidalanma mahiyyətini öyrənməyə çalışın. İnəklər nə yeyir? Ot və qarğıdalı. Bunlar bitkisəl qidalardır. Onların əti qarğıdalı və ot emalının nəticəsidir. Bu baxımdan hesab edirəm ki, bitkisəl qidaları orqanizmə "yükləməyin" ən yaxşı yolu rasiona bir tikə ət əlavə etməkdən keçir. 

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    kassa · 19 Aprel 20:0510

    Tam hissəni hardan oxuya bilərik?

    Cavab yaz
    • Anonim
      ¶¶¶¶¶¶¶ · 19 Aprel 21:5610

      Google da var, mən indi oxudum

      Cavab yaz
  • Anonim
    Dilarə · 19 Aprel 20:4200

    Nə maraqlı izah edir.

    Cavab yaz
  • Anonim
    Anonim · 19 Aprel 23:4510

    Belke de duz deyir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.