Sağlamlıq

Adi ispanağın faydalarına inanmayacaqsınız

18 Aprel 2019 20:19
0 Şərh     Baxış: 2 762

Əslində ispanaq göyərti deyil, yarpaq tərəvəzdir.

İspanaq olduqca faydalı və diyetik məhsuldur. Bütün dünyada qida mütəxəssisləri və diyetoloqalar ən faydalı məhsulların siyahısını tərkib etdikdə mütləq ora ispanağı da daxil edirlər.

Milli.Az Sağlamolun.az-a istinadən ispanağın inanılmaz faydalarını sizə təqdim edir:

1. Raş Universitetinin (ABŞ) alimləri sübut edib ki, ispanaq beyinin qocalmasını xeyli ləngidir, Alsheymer xəstəliyinin və demensiyanın qarşısını alır.

2. İspanaq əzələləri daha güclü edir, əzələ toxumasını artırmağa yardım edir.

3. İspanaq ürəyin sağlamlığını qoruyur. Omeqa-3 maddəsi ilə zəngin olan ispanaq ürək və damar xəstəliklərinin riskini azaldır.

4. Amerika alimləri aşkar ediblər ki, ispanağın müntəzəm istehlakı ürəyin rimini normallaşdırır, aritmiyadan əziyyət çəkənlərə kömək edir.

5. İspanaq tərkibində olan nitratların sayəsində damarları genişləndirir, arterial təzyiqi aşağı salır.

6. Lütein və zeksantin maddələri ilə zəngin olduğundan ispanaq gözlərimiz üçün ən faydalı məhsullardan biridir. İspanaq gözləri yayılmış göz xəstəliyi olan kataraktanın inkişafından qoruyur.

7. İspanaq arıqlamağa kömək edir.

8. Alimlərin fikrinə görə, ispanaq güclü xərçəng əleyhinə xüsusiyyətlərə malikdir. Bu xüsusilə boğaz, qida borusu, dəri və ağciyər xərçənginə aiddir.

9. İspanaq dərinin vəziyyətini yaxşılaşdırır, dərinin qocalmasını ləngidir.

10. İspanaq qidalı liflərlə zəngin olduğundan xolesterinin səviyyəsini aşağı salır, bağırsaqları təmizləyir, bağırsaqların fəaliyyətini gücləndirir, qəbizliyin qarşısını alır.

11. İspanaq maqneziumla zəngindir. Maqneziumun orqanizmdə əskikliyi yaxşı əhvalımıza "cavabdeh olan" serotonin hormonunun səviyyəsinin azalmasına səbəb olur. Bu isə depressiyanın inkişafına gətirib çıxarda bilər.

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.