Sağlamlıq

Hansı qida nəyə faydalıdır?

14 Aprel 2019 12:19
0 Şərh     Baxış: 796

Sağlam bir həyatın yolu düzgün qidalanmaqdan keçir.

Milli.Az Azadinform-a istinadən bildirir ki, araşdırmalara götə, bəzi qidalar bir sıra xəstəliyə faydalıdır.

İspanaq

Dəmirlə zəngin olan ispanağın tərkibində həmçinin, "A", "B", "C", "E" vitaminləri, maqnezium, fosfor, yod mineralları da vardır. Bu səbəblə də, ispanaq orqanizmi gücləndirir. Mütəxəssislər qeyd edir ki, ispanaq xüsusi ilə də yaz aylarında xəstəliklərə qarşı qoruyur, sümük və dişləri gücləndirir. Eyni zamanda, diş çürümələrinə qarşı da qoruyur.

Yaşıl lobya

Həzm üçün təzə yaşıl lobya: Mütəxəssislər bildirirlər ki, təzə lobyanı xüsusi ilə mövsümündə həftədə 2 dəfə yemək lazımdır. Az kalorili, yağı az olan bu paxla faydalı bir qidadır. Çünki o çoxlu liflərlə zəngindir və qidaların həzminə, həmçinin həzm sisteminin daha asan işləməsinə kömək edir.

Sarımsaq

Xolesterola sarımsaq: Təzə sarımsaq mövsümi xəstəliklərə qarşı qoruyur, qan təzyiqinə və xolesterinin endirilməsinə, immunitetin gücləndirilməsinə kömək edir.

Kök

Baş ağrısına kök: Hər növ salatlarda, ət və tərəvəz yeməklərində istifadə edilən bu qidanın unutqanlığa qarşı istifadəsi də çox yayılıb. Son illərdə alzaimer, infarkt, xroniki baş ağrısı, dəri və ağciyər xərçənginə qarşı da istifadə edilir. 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.