Sağlamlıq

“Onkoloji diaqnozları ciddiyə almayın” - Deputat

13 Aprel 2019 14:39
16 Şərh     Baxış: 2 916

Millət vəkili Fazil Mustafa Azərbaycanda onkoloji xəstəlik diaqnozu qoyulan insanlara müraciət edib. Milli.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan F. Mustafa xəstələrə bu diaqnozları ciddiyə almamağı tövsiyə edib:

"Uzaq qohumlardan bir xanım var. Bəlkə də15 ildir Bakıda onkoloji xəstəlik diaqnozu qoyublar və hər il bədəninə ximya yeridirlər. Əlində olub-qalan pulu da dərmanlara sərf olunur. Oğlu illər öncə Qərb ölkələrinin birinə köçüb və maddi durumu yaxşı olduğundan anasını da yanına aparıb. İndicə xəbər tuturam ki, orada ciddi müayinədən keçirilib və anlaşılıb ki, onkologiyaya aid heç bir problemi olmayıb.

Sadəcə, illərdir bədəninə yeridilən kimyəvi maddələr orqanizmində ciddi fəsadlar yaradıb. İndi bədənindən həmin zəhərləri təmizləməklə məşğuldurlar. Səhhəti və keyfi xeyli yaxşılaşıb. Ona görə də Azərbaycanda bu diaqnozları bir çox hallarda zarafatla qoyurlar. Bu səbəbdən də burada qoyulan diaqnozları elə də ciddiyə almayın!"

Milli.Az

loading...

Şərh yaz:

16 Şərh:

  • Anonim
    aaa · 13 Aprel 14:49147

    Tamamilə haqlısız

    Cavab yaz
  • Anonim
    Bahadır · 13 Aprel 14:50105

    Bunu çox adam bilir.

    Cavab yaz
  • Anonim
    El qızı · 13 Aprel 14:55174

    Indi sizdə diaqnoz səhv qoyulub deyə düz diaqnoz qoyulanlar müalicə almasin gülməli soz danisirsize ay Fazil məllim

    Cavab yaz
  • Anonim
    Kamilla · 13 Aprel 15:23122

    Allah...sehiyyemiz ne gundedir???? Bu olke niye bu gune dusdu... Gunahimiz nedir?

    Cavab yaz
  • Anonim
    ŞAH · 13 Aprel 16:0140

    GEDİRLƏR HƏKİMƏ BAKIYA DİAQNOZ QOYURLAR Kİ SƏN XƏRCƏNG XƏSTƏSİSƏN AXIRINA BİR ŞEY QALMAYIB ---BİR ÜZÜM SAHƏSİNDƏN ÜZÜM ALMAĞA GEDİRDİM ÜZÜMÜ ALDIM 4- 5 KAROBKA ALDIM VƏ GÖRDÜM SAHƏNİN YİYƏSİ QANIQARADIR DEDİM NƏOLUB QARDAŞ DEDİ Kİ HƏKİMƏ GETMİŞDİM DEDİLƏR XƏRCƏNG XƏSTƏSİSƏN ÖLƏCƏKSƏN BİR HƏFTƏ QALIB ÖMRÜNƏ ---DEDİM AYƏ QARDAŞ VALLAH BOŞ ŞEYDİR BU ÜZÜMÜN CAXIRINDAN GÜNDƏ YARIM LİTİR BİR LİTİR VUR ÖLMƏYƏCƏKSƏN ----ÜSTÜNDƏN 15 İL KECİB O QARDAŞ HƏLƏ DƏ YAŞAYIR GÜNDƏ QIRMIZI QARA CAXIRDAN VURUR.MƏSLƏHƏTİMİN XEYRİ OLDU.

    Cavab yaz
    • Anonim
      Əsranur · 13 Aprel 18:5430

      Bu,hansı xərçəngin dərmanıdır?

      Cavab yaz
  • Anonim
    Seva- - - · 13 Aprel 16:08152

    Gor iw ne yere catib ki millet vekili de sehiyyenin berbadliqinnan daniwir

    Cavab yaz
  • Anonim
    Tam Maxfi · 13 Aprel 18:0761

    Hekim yoxdu ona gore.

    Cavab yaz
  • Anonim
    Aqsaqqal · 13 Aprel 19:1541

    Menim ucun maraqli olan odurki, bunu MUELLIM soyleyir!

    Cavab yaz
  • Anonim
    ŞAH · 13 Aprel 19:5130

    ÜMUMİ BƏDƏN DIRNAQDAN TUTMUŞ SACA QƏDƏR GÖZÜN GÖRMƏSİNƏ QƏDƏR QANLA QİDALANIR --QANLA HƏLL OLUR QAN TƏMİZ OLARSA SAĞLAM OLARSA BƏDƏNDƏ HƏR BİR ORQAN QAYDASINDA OLAR MƏNİM BİLDİYİM ÜZÜM CAXIR QANI TƏMİZLƏYİR --CUĞUNDUR YERKÖKÜ SOKU QANI TƏMİZLƏYİR-- BAL QANI TƏMİZLƏYİR XƏRCƏNGİ BU QİDA MƏHSULLARI ORQANİZMDƏN TƏMİZLƏYİR-- ƏSAS DA GÜN ƏRZİNDƏ COX HƏRƏKƏTDƏ OLMAQ LAZIMDIR. YAZ ACILIB COXLU PENCƏR YEYİN.

    Cavab yaz
  • Anonim
    MEHMAN QAZAXLI · 13 Aprel 21:3031

    FAZİL MÜƏLLİM AĞILLI DƏYƏRLİ OĞLANDIR.FİKİRLƏRİ HƏMİŞƏ DƏYƏRLİDİR.FƏRQİ YOXDUR HANSI SİYASİ BAXIŞI VAR XALQI-- DÖVLƏTCİLİYİ SEVƏN OĞLANDIR.FİKİRLƏRİNƏ HÖRMƏTLƏ YANAŞIRAM.

    Cavab yaz
  • Anonim
    Ulvi · 13 Aprel 22:0031

    Milli Ankologiya merkezi doqurdanda qessebxana cevirilib. Xesteleri heel saq iken oldururler.

    Cavab yaz
  • Anonim
    qonaq · 13 Aprel 22:1422

    Hormetli Fazil muellim. umumiyyetle azerbaycan “hekimeri” cooox zarafatcildi. diagnozuda zarafatla goyurlar, saglam organi, ezani na heste yerine zarafatla kesirler. Allah bizi gorusun. Amin

    Cavab yaz
  • Anonim
    " · 13 Aprel 22:4712

    Düz deyir,axır illər neçə adma bu cür diaqnoz qoyublar,əməliyyat yazıblar,neçəsi getməyib.Sonradan məlum olub ki,düzgün deyil diaqnoz.Hələ də sağ və salamatdılar.Fazil müəllimə isə təşəkkür .Yaxşı ki,bu qədər millət vəkilinin içərisindən bir-iki düz danışan,xalqı düşünən var.

    Cavab yaz
  • Anonim
    adam · 14 Aprel 10:5421

    Tək-tək epizodlara görə nəticə çıxarmaq düz deyil.

    Cavab yaz
    • Anonim
      " · 14 Aprel 17:1510

      Sizinçün epizod olan başqa birilərinin həyatıdı.Ehtiyac olmadığı halda dərman qəbulu,əməliyyat yaşamaq niyə olmalıdı ki?

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.