Sağlamlıq

Yaz allergiyasını yaradan əsas səbəb...

12 Aprel 2019 22:22
0 Şərh     Baxış: 657

Yazın gəlişi ilə allergik xəstəliklərin fəallaşması başlayır. Bir çox mövsümi xəstəliklər, burun axması, qaşınma, göz yaşarması və dəri qıcıqlanmaları baş qaldırır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Səhiyyə Nazirliyinin baş allerqoloqu Cəbrayıl Məmmədovun dediyinə görə, bəzi ağacların tozlanması allergiyaya meyilli olanlarda narahatlıq yaradır. Məsələn, fındıq, qızılağac, küknar, tozağacı və bəzən az da olsa tut və çinar ağaclarının tozcuqları havaya daxil olaraq həssas insanlarda allergiya əlamətlərinin baş qaldırmasına səbəb olur: "Havaya yayılan çiçək tozları insanın gözünə, dərisinə, tənəffüs yollarına düşərək allergiyaya meyilli olanlarda müəyyən əlamətlər əmələ gətirir. Allergiya selikli qişaların güclü qaşınması və dəri səpgiləri, ümumi zəifliklə özünü büruzə verir.

Xəstəliyin əsas əlamətləri burun tutulması, nəfəsalmanın çətinləşməsi, selikli qişanın ödemləşməsi, burunda və gözdə qaşınma və asqırmaların artmasıdır. Bəzən polinozlu xəstə 30-40 dəfə asqırmaq məcburiyyətində qalır. Belə allergiyalardan necə qurtulmaq olar?

Həkim-allerqoloqun dediyinə görə, allergiyası olanlar xəstəliyin kəskin dövründə təbiət qoynuna çıxmamalı, xüsusilə küləkli havada bundan daha çox uzaq olmalıdırlar. O, xəstəliyin müalicəsi barədə isə bunları deyib: "Yaz allergiyası mütəmadi təkrar olunanda müayinələr aparılır və xəstəliyin dərəcəsinə görə müalicələr təyin edilir. Mövsümqabağı allergenləri xüsusilə durulaşdırmaq yolu ilə dərmanlar hazırlanır və payızın axırlarından başlayaraq peyvəndi xatırladan iynələr vurulur. Bunun nəticəsində bir müddət sonra xəstə orqanizmində qoruyucu anticisimlər əmələ gəlir".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.