Sağlamlıq

İbn Sinanın hər dərdə dəva MÜALİCƏ ÜSULLARI - MÜTLƏQ OXUYUN!

12 Aprel 2019 23:03
0 Şərh     Baxış: 4 328

Dahi şərq alimi İbn Sinanın müalicə üsulları bu günədək öz aktivliyini qoruyub saxlayır.

Milli.Az görkəmli təbibin təbii müalicə üsullarını təqdim edir.

İshal üçün

İnqrediyentlər: 2 litr su, 100 qram turş nar qabığı

Hazırlanması: Nar qabığını suda qaynadın, soyuduqdan sonra tox qarına 1 stəkan için. Təsiri qısa müddət ərzində hiss olunur.

Yara müalicəsi üçün

İnqrediyentlər: 1 yemək qaşığı sumaq və bal

Hazırlanması: Sumağı əzib balla qarışdırın. Yara olan yerə bu qarışığı sürtün. Təxminən 1 saat sonra ilıq su ilə yaxalayın. Yara qabıq bağlayana qədər proseduru davam edin.

Böyrək daşı üçün

İnqrediyentlər: 2 yemək qaşığı üzüm çəyirdəyi, 1 stəkan qazlı su

Hazırlanması: İkisini qarışdırıb için. Bu təbii qarışıq sayəsində böyrək daşlarından asan yolla xilas ola biləcəksiniz.

Ağız qoxusuna qarşı

İnqrediyentlər: 3,5 q dərman alpiniyası, 3,5 q quru zəncəfil, 3,5 q mixək, 3,5 q hil, 3,5 q istiot, 70 q müşk, 105 q limon qabığı, 3,5 qram hind qozu tozu, 3,5 q darçın və bal

Hazırlanması: Bütün ədviyyatları toz halına gətirib kasada qarışdırın. Üzərində bal əlavə edin. Yaxşıca qarışdırandan sonra bir çay qaşığı yeyin. Ağız qoxusunu aradan qaldırmaq üçün son dərəcə güclü reseptdir. (publika.az)

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.