Sağlamlıq

Bu maska dərini 15 yaş gəncləşdirir - Farfor dəri

12 Aprel 2019 23:54
0 Şərh     Baxış: 5 377
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu metod hazırda Yaponiya və Koreyada dəbdədir. Orda qadınlar yaşlarından azı 20 il gənc görünürlər. Dəriləri uşaq dərisi kimi təmiz, farfor kimi parlaqdır. 

Milli.Az medicina.az-a istinadən dərini hamarlayan, parladan, ölü hüceyrələri təmizləyən maskanın reseptini təqdim edir.

1 xörək qaşığı üzqırxmaq üçün olan köpük və yarım çay qaşığı çay sodası tam həll olana kimi qarışdırılır.
 
Əvvəlcə üzü təmizləyir, isti su ilə yaxalayırsız ki, məsamələr açılsın. Sonr abu köpüklü sodanı üzə yaxırsız. Göz ətrafına olmaz. Tükü yumşaq diş fırçasını isti suya batırıb üzünüzü təmizləyirsiz. Xüsusən burun və çənə hissə möhkəm sürtülür. 

Üzünüzü yaxalayın. Kosmetik gil alıb, onu adi su və ya xlorqeksidin ilə qarışdırıb, maska halına salın. Maskanı üzə, boyuna yaxıb, 20 dəqiqə sakit uzanın. İlıq su ilə yuyun. Dəsmalla silməyin. Suyu quruduqdan sonra yumşaldıcı krem çəkin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.