Sağlamlıq

Saç tökülməsinin səbəbləri

12 Aprel 2019 22:02
0 Şərh     Baxış: 1 895
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Saç tökülməsi həmişə cəmiyyətdə aktual mövzulardan biridir. Bəziləri onu normal proses kimi qəbul etsələr də, bəziləri isə narahatlıq hissi keçirərək həkimə üz tutur.

Milli.Az bildirir ki, Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova həmin müraciətlərlə əlaqədar AZƏRTAC-ın müxbirinin sorğusuna belə cavab verib: "Saç tökülməsi bir neçə səbəbdən - həm daxili, həm xarici amillərdən yaranır. Xarici amillərə, yəni ekzogen amillərə xanımların istifadə etdiyi kimyəvi boyalar, daxilə qəbul edilən həblər, uzun müddət antibiotiklərdən istifadə edilməsi daxildir.

Daxili amillərə daxili orqanların xəstəlikləri, qaraciyər və böyrək problemləri, infeksiya xəstəlikləri, periferik qan dövranının pozğunluqları və digər səbəblər aid edilir. Yaşadığı mühiti dəyişmək, qapalı iş yerində işləmək və stress saç tökülməsini artıran səbəblər sırasındadır. Saç tökülməsi hər iki cinsdə təsadüf edilsə də, keçəlləşməyə daha çox kişilər arasında rast gəlinir, çünki hormon və genlər bu sahədə mühüm rol oynayır".

Həkim-dermatoloq deyib: "Saç tökülmələri içərisində ən geniş yayılanı androgen allopesiyalarıdır, buna kişi tipli saç tökülməsi deyilir. Lakin ona xanımlar arasında da təsadüf edilir. Kişilərin 80 faizi onunla üzləşsə də, xanımlarda keçəllik olmur, çünki xanımların saç kökü kişilərə nisbətən 2 millimetr daha dərində yerləşir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.