Sağlamlıq

Sarımsağın sağlamlıq üçün növbəti faydası

10 Aprel 2019 21:40
3 Şərh     Baxış: 2 675
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sarımsağın faydaları saymaqla bitmir. Elmi araşdırmalar sarımsağın yeni və yeni müalicəvi xüsusiyyətlərini üzə çıxardır.

Belə ki, Lyuisvill Universiteti (ABŞ) alimləri aşkar ediblər ki, sarımsaq bağırsaqların mikroflorasını yaxşılaşdırır, bağırsaqlarda iltihabı azaldır və həmçinin yaddaş və beyinin digər funksiyalarına müsbət təsir edir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bunun səbəbi sarımsağın tərkibində olan "allilsulfid" adlı maddədir.

Alimlər qeyd edir ki, sarımsaqdan fayda almaq üçün onu çiy halda yemək lazımdır. Yedikdən əvvəl sarımsağı xırda doğramaq və ya əzmək tövsiyə olunur ki, bu halda onun faydalı xüsusiyyətləri xeyli artır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.