Sağlamlıq

Hər qadın 35 yaşdan sonra mütləq BUNU ETMƏLİDİR - Ölüm TƏHLÜKƏSİ

5 Aprel 2019 22:19
0 Şərh     Baxış: 3 124
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər bir qadın 35 yaşından sonra süd vəzisi xərçəngi ilə bağlı tibbi yoxlanışa getməlidir.

Bunu Türkiyənin tanınmış endokrinoloqu, professor Bahadır Güllüoğlu deyib.

Onun sözlərinə görə, süd vəzisi xərçəngi erkən diaqnoz proqramları ilə tez bir zamanda üzə çıxarıla bilən xərçəng növlərindəndir:

"Qadınlarda bu proqramlar vasitəsilə əmələ gələn süd vəzisi xərçəngini erkən aşkar edə bilirik. Xəstəliyi tez kəşf etdiyimiz üçün müalicəsi də rahat olur. Bu xəstəlikdən tamamilə qurtulmaq mümkündür. Bunun üçün yaşı 35-dən yuxarı olan hər bir qadın süd vəzisi analizlərinə girməlidir. Ailəsində bu xəstəlikdən əziyyət çəkən qadınlar isə bu analizə daha erkən yaşda başlamalıdır. Maraqlıdır ki, bu xərçəng növünə kişilərdə də rast gəlinir. Kişilər sinə nahiyələrində hər hansı şiş kütləsi hiss etdiklərində mütləq həkimə müraciət etməlidirlər".

Bu gün dünyada hər 8 qadından birində süd vəzisi xərçəngi riski olduqca yüksək faizdədir. Lakin erkən diaqnoz sayəsində bu xəstəlikdən birdəfəlik qurtulmaq mümkündür. Ailəsində süd vəzisi xərçəngindən əziyyət çəkən qadınlar bu məqama xüsusi diqqət etməlidirlər. Həkimlər 40 yaşdan sonra bütün qadınların mamoqrafiya çəkməsini məsləhət görür. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.