Sağlamlıq

Qısa müddətlik dil tutulursa... - Alim rəyi

26 Mart 2019 10:57
0 Şərh     Baxış: 1 061
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

London Kral Universitetinin alimləri beyin xərçəngi olan xəstələr arasında dələngavazlıq xəstəliyinin əlamətlərini aşkara çıxarmaq üçün sorğu aparıblar.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, sorğu nəticəsində beyin xərçəngi yaşayan xəstələrdə əsasən yaddaş pozulması və müvazinətin itirilməsi halları müşahidə edilib.

Xəstəliyin ən bariz əlamətlərindən biri də dələngavazlıqdır. Bu barədə Medicina.az yazıb ki, 61-70 yaş qrupuna daxil olan xəstələrdən biri deyib: "Mən hər dəfə mətbəxdə qab yuyarkən yavaş-yavaş aşağıya doğru əyilirdim. Amma bu əlamətin hər hansı bir ağır xəstəliyin əlaməti olmasından və buna görə də həkimə müraciət etməli olduğumdan bixəbər idim".

31-40 yaş qrupuna daxil olan xəstələrdən biri söhbət edərkən qısa müddətə dili tutulduğunu və hərəkət etdə bilmədiyini deyib. Bu əlaməti əhəmiyyətsiz hesab edərək həkimə müraciət etməyi belə düşünməyib. Bütün xəstələr həkimə yalnız insult və demensiya şübhəsi ilə müraciət ediblər.

Sorğuda iştirak edən bir çox xəstə isə görmə şikayəti ilə və ya yaxınlarının təkidi ilə həkimə müayinə olunublar. Buna görə də həkimlər bu cür şikayətlərlə qarşılaşan insanların vaxtında həkimə müraciət etmələrini məsləhət görürlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.