Sağlamlıq

Sümük vərəmi

25 Mart 2019 23:50
5 Şərh     Baxış: 11 769
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vərəm "Mycobacterium tuberculosis", yəni vərəm bakteriyalarının əmələ gətirdiyi bir xəstəlikdir və daha çox hava-damcı yolu ilə yayılır. Sümük vərəmi bu xəstəliyin ağciyər vərəmindən sonra ən təhlükəli növü olub, həmin bakteriyanın sümüyə keçməsi nəticəsində yaranır. Ən çox onurğada müşahidə edilir. Onurğa sütünunun vərəminin xüsusi adı Pott xəstəliyidir. Xəstəliyə dəqiq diaqnoz qoymaq üçün pasiyentlər vərəm üçün testlərdən keçməli və həmin bölgədən alınan toxumalar biopsiya edilməlidir.

Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a Mərkəzi Neftçilər Xəstəxanasının uzman ortoped-travmotoloqu Vüqar Quliyev məlumat verib.

Mütəxəssis bildirib ki, sümük vərəminin ən çox ikincili formasına rast gəlinir. Yəni əvvəllər ağciyərdə vərəm olub və sonradan qan və ya limfa yolu ilə infeksiya sümüyə keçib. Amma nadir hallarda sümük vərəmi birincili də ola bilər. O zaman xəstəlik sümüyün özündə yaranır: "Xəstənin onurğasında ağrılar olur, gecə tərləmələri subfebril qızdırma müşahidə edilir, normal müalicələr nəticə vermir. Simptomlar qarışıq olduğu üçün xəstəliyin diaqnozunu qoymaq çətindir. Müayinə və testlər nəticəsində dəqiq diaqnoz qoyulduqdan sonra xəstəliyə uyğun xüsusi müalicə aparılır. Xəstəlik kişi və qadınlar arasında təxminən eyni hallarda rast gəlinir. Lakin sosial-ekonomik və yaşayış şəraitindən asılı olaraq daha çox kişilər bu xəstəlikdən əziyyət çəkirlər. Sümük vərəmi adətən 40 yaşdan sonra qeydə alınır. Xəstələrin yaşayış mühitinə görə infeksiyanın yayılma sıxlığı artır. Sümük vərəmində də adi vərəmdəki kimi uzunmüddətli, yəni 6-18 ay müddətində müalicəyə ehtiyac var. Müalicə nəticələri müsbətdir".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.