Sağlamlıq

Yatmazdan əvvəl bunları QƏTİYYƏN ETMƏYİN!

25 Mart 2019 21:34
0 Şərh     Baxış: 3 369
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yuxu sağlamlığı və həyat keyfiyyəti üçün vacibdir. Yuxu rejimi pozulan insan gün ərzində özünü naxoş və tükənmiş hiss edir.

Milli.Az yuxu problemlərinə səbəb olan amillərlə tanış edir:

Sosial mediadan asılı qalmaq

Yatmazdan əvvəl sosial şəbəkələrdə vaxt keçirmək yuxu keyfiyyətinə təsir göstərir. Elektron qurğular bədəndə melatoninin ifrazının qarşısını alır. Sağlam və möhkəm yuxu üçün yatmazdan əvvəl mobil telefonu yataqdan uzaqlaşdırın.

Qəhvə içməyin

Kafein tərkibli içkilər və yeməklər rahatlıqla yatmağa mane olur. Kafeinli içkilərin yuxuya təsir etməyəcəyini düşünürsünüzsə, bunu öz bədəninizdə sınaqdan keçirin.

Mail atmaq

Yatmazdan əvvəl işlə bağlı məsələləri həll etməyə çalışmaq və elektron məktub yollamaq yuxunun pozulmasına gətirib çıxarır. Unutmayın ki, yataq otağı iş üçün deyil, sizin istirahətiniz üçün nəzərdə tutulub.

Çox su içmək

Yatmazdan əvvəl çox su içmək sizi yuxunun ən şirin hissəsində oyanmağa və tualetə getməyə məcbur edəcək. Odur ki, yatmazdan bir-iki saat əvvəl su içməyin.

Şəkər istehlakı

Yüksək trans yağlar və şəkərli yeməklər birbaşa yuxu keyfiyyətinə təsir göstərir. Gün ərzində nə qədər çox şəkər yesəniz, yuxunuz bir o qədər tez-tez pozulacaq.

Ədviyyatlı məhsullar

Yatmazdan əvvəl ədviyyatlı və yağlı qidaların istifadəsi mədə turşusunun səviyyəsini artıraraq reflüyə səbəb ola bilər.

Otağı çox isitmək

Çox isti və çox soyuq yerdə yatmaq mümkün deyil. Yataq otağı üçün ideal temperatur 18 dərəcədir.

Ağır məşq

İdmanın faydalarını saymaqla bitməz, ancaq yatmazdan iki saat əvvəl ağır məşqlər etmək olmaz. Ağır məşqlər yuxuya ciddi təsir edir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.