Sağlamlıq

Günəbaxan yağının bu ziyanından xəbəriniz var idimi?

25 Mart 2019 20:17
1 Şərh     Baxış: 2 672
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qranada Universiteti (İspaniya) alimləri aşkar ediblər ki, günəbaxan yağının gündəlik istehlakı ağır qaraciyər xəstəliklərinin inkişafına səbəb ola bilər.

Araşdırmanın nəticələri Journal of Nutritional Biochemistry jurnalında dərc olunub.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, tədqiqatçılar zeytun və günəbaxan yağının sağlamlığa olan təsirini araşdırıb. Eksperiment siçovullar üzərində aparılıb. Bir qrup heyvanlara zeytun, digərinə günəbaxan yağı verilirdi. Bir müddətdən sonra heyvanların qaraciyəri müayinə olunub. Hər gün günəbaxan yağını istehlak edən siçovulların qaraciyər hüceyrələrində dəyişikliklər aşkar olunub ki, bu dəyişikliklər qaraciyərin piylənməsinin riskini artırır.

Qaraciyərin piylənməsi zamanı orqanın hüceyrələri zədələnir, iltihablaşır, distrofiyaya uğrayır. Piylənmənin fonunda sirroz və xərçəng kimi ağır xəstəliklərin inkişafı riski dəfələrlə artır.

Araşdırma göstərib ki, zeytun yağı istehlak edən heyvanların qaraciyərinin vəziyyəti daha sağlamdır.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.