Sağlamlıq

Siqaret çəkənlər, ətrafınızdakılara verdiyiniz zərərdən xəbəriniz var? - ARAŞDIRMA

23 Mart 2019 15:48
0 Şərh     Baxış: 1 476
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparılan araşdırmalar sübut edir ki, son illər uşaqlarda ağciyər xəstəliklərinin yaranmasında başlıca amillərdən biri də siqaretdir.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildiir ki, tibbdə ətrafdakı siqaretin təsirindən zərər görən belə şəxslər passiv siqaret çəkən adlandırılır.

Araşdırmalara görə, siqaret çəkən şəxslərin yaşının getdikcə azalması və onun təsir dairəsinin genişlənməsi, yəni passiv siqaret çəkənlərin çoxlaması ağciyər xəstəliyi olan azyaşlıların sayının artmasına səbəb olub.

Alimlər azyaşlılarda ağciyər xəstəliklərinin yaranmasında siqaretin təsirinin 90 faiz olduğunu bildirirlər. Onların fikrincə, digərləri ilə müqayisədə passiv siqaret çəkən şəxslərdə ağciyər xəstəlikləri riski daha böyükdür. Bu şəxslərin müalicə olunması isə problemi tamamilə aradan qaldırmış olmur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.