Sağlamlıq

Yaşlı insanlarda təzyiqi qəfil salmaq olmaz - 140-dan aşağı olmamalıdır

22 Mart 2019 22:50
3 Şərh     Baxış: 3 582
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Arterial təzyiqin 140/90-dan aşağı olması 70-80 yaşlı insanlar üçün ölüm riskini artırır. Xüsusən infarkt, insult keçirmiş insanlarda təzyiqi qəfildən çox aşağı salmaq ölümcül ola bilər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bunu  Berlin Tibb universitetinin tədqiqatçıları bildirib.  Professor Elke Şefnerin rəhbərliyi ilə qrup 1600 nəfər, yaşı 70-i keçmiş qadın və kişinin tibbi məlumatlarını incələyib.

Ildə 2 dəfə onlar yoxlanmış, təzyiqləri ölçülmüş, dərmanlar təyin olunmuş, müxtəlif analizlər alınmışdı. 6 ildən sonra onlar arasında təzyiqin və digər faktorların ölümə səbəb olması araşdırılmışdı. 

Nəticədə məlum olub ki, təzyiq dərmanlarının vasitəsilə təzyiqin 140-dan aşağı salınması müdafiə mexanizmi daşımır.  78-80 yaşlı insanlar arasında təzyiqi 140/90-dan aşağı olanlar arasında ölüm faizi daha yüksək olub, nəinki yuxarı təzyiqi olanlarda. İnsult və infarkt keçirmiş xəstələrdə də təzyiqin 140-dan aşağı salınması ölümü 61% artırıb. 

Ona görə də bütün yaşlı insanlarda təzyiq 130-a salınmalıdır prinsipi tətbiq olunmamalı, xəstənin yaşı, ürək-damar vəziyyəti nəzərə alınmalıdır. Yaxşı olar ki, 70-dən yuxarı yaş qrupunda dərman və dozalar elə seçilsin ki, təzyiq 140/90 civarında qalsın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.